XAÇINÇAY KURQANLARI – Azәrb. Resp. Kәlbәcәr r-nunun Dovşanlı k.-ndәn 9 km c.-ş.-dә, Xaçın çayının sağ sahilindә Erkәn Tunc dövrünә aid kurqanlar. E. Resler tәrәfindәn aşkarlanmışdır. Hünd. tәqr. 1,2–2,5 m, diametri tәqr. 10–25 m-dir. Kurqanların, әsasәn, dairәvi formada olan örtüklәri çaydaşı vә qum qarışığından ibarәtdir. Dәfn adәtinә görә bir-birindәn fәrqlәnir. Tәdqiq edilmiş 5 kurqanın üçündә (№ 1, 2, 3) ölülәr inqumasiya, ikisindә (№ 4, 5) isә kremasiya adәti ilә dәfn olunmuşdur. Kurqanlardan qızıl bәzәk әşyaları, arxaik tipli xәncәrlәr, tunc qılınc, ox ucluqları, daş toppuz, dәvәgözüdәn bıçaq, dәbilqә vә bir әdәd bütöv saxsı qab tapılmışdır.










