XAÇINDƏRBƏTLİ TÜRBƏSİ – Azәrb. memarlıq abidәsi. Azәrb. Resp. Ağdam r-nunun Xaçındәrbәtli (Xaçıntürbәtli) k.-ndәdir. Daşdan inşa edilmiş türbә üçpillәli kürsülük üzәrindә yerlәşәn 12-üzlü gövdәdәn vә piramida formalı günbәzdәn ibarәtdir. Daxili hissәsini yeraltı sәrdaba vә yer üstü kamera tәşkil edir. Xaçvarı planlı yer üstü kamera daxildәn Şirvan memarlığını xatırladan çoxyaruslu stalaktitli tağtavanla örtülmüşdür. Mehrab cәnub divarında yerlәşir. İnteryeri müxtәlif heyvan tәsvirlәri (pәlәng, maral, vәhşi keçi, qrifon vә s.) ilә bәzәdilmişdir. Giriş qapısının üstündә oyma qönçәlәrlә әhatәlәnmiş kitabәdә abidәnin tikilmә tarixi (1314), türbәdә dәfn olunan şәxsin (Qutlu Musa oğlu) vә memarın adı (ustad Şahbәnzәr) göstәrilir. Türbәnin gövdәsi naxışlı frizlә tamamlanmışdır. Ermәni işğalı (1993, iyun) zamanı ciddi dağıntıya mәruz qalmış türbәnin fasad rәsmlәrinә zәrәr dәymiş, interyeri bәzәyәn daşyonma sәnәti nümunәlәri dağıdılmışdır.










