XAÇLI, H a c ı l ı – İrәvan xanlığı Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Millidәrә bölgәsindә azәrb.-ların yaşadığı kәnd. 18 әsrin sonlarında mәlum olmayan sәbәbdәn әhalisi köçüb getmiş vә kәnd xarabalığa çevrilmişdir.










