XAÇLI QURBAĞALAR, x a ç l ı c a l a r (Pelodytidae) – quyruqsuz suda-quruda yaşayanlar fәsilәsi. Uzun müddәt X.q.-ın birlәşdirildiyi sarımsaqiyli qurbağalara yaxındırlar. Bәdәninin uz. 6 sm-әdәk, erkәk fәrdlәri dişilәrdәn iri olur. Bәdәni yığcamdır, quru qurbağalarına oxşayır; әtrafları nisbәtәn qısadır. İri olmayan daban qabarı dәyirmi olur. Göz bәbәyi şaqulidir. Tәbil pәrdәsi vardır. Arxa әtraflardakı barmaqların arasında üzmә pәrdәlәri zәif inkişaf etmişdir. Erkәk fәrdlәrin boğazının dәrisi altında rezonatorları var. 1 cinsi, 2 növü mәlumdur. Qafqaz xaçlıcası (Pelodytes caucasicus) Qafqazda, o cümlәdәn Krasnodar diyarında yaşayır. Belinin rәngi yaşıl qarışıq seyrәk qırmızı lәkәli zeytuni rәngdәdir. Nikah dövründә erkәk fәrdlәrin sinәsindә, çiynindә, said hissәsindә vә ön әtrafların iki daxili barmağı üzәrindә qara ziyillәr şәklindә dәri qәrnilәşmәsi әmәlә gәlir. Bu törәmәlәr üzәrindә, hәmçinin belindә, yanlarında vә alt çәnәsindә çoxlu sayda itilәşmiş vә әyilmiş tikancıqlar inkişaf edir. Çoxalmadan sonra qabıqqoyma zamanı qәrni törәmәlәr yox olur, belindә çәpinә yerlәşmiş açıq rәngli xaçabәnzәr naxış görünür. Qafqaz xaçlıcası 2300 m hünd.-dә olan enliyarpaqlı meşәlәrdә vә subalp çәmәnlәrdә, müxtәlif su hövzәlәrinin sahillәrindә, kölgәli yerlәrdә yaşayır. Gecәlәr fәal olur. Su vә quru onurğasızları ilә qidalanır. Qafqaz endemi kimi Beynәlxalq vә Azәrb.-ın “Qırmızı kitab”larına daxil edilmişdir. Avropanın c.-q. hissәsindә Xallı X.q. (P. Punctatus) yayılmışdır. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 10 noyabr 2020 iltarixindә sülhmәramlı qüvvәlәrin, 20 sentyabr 2023 ildә Azәrb. ordusunun antiterror tәdbirlәri nәticәsindә Azәrb.-ın nәzarәtinә keçmişdir.
Qafqaz xaçlıcası (Pelodytes caucasicus).










