XAÇMAZ – Azәrb. Resp. Oğuz r-nunda kәnd. Xaçmaz ә.d.-nin (Xaçmaz, Abdallı, Xaçmazqışlaq k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 40 km c.-ş.-dә, Baş Qafqaz silsilәsinin әtәyindә, Qalaçayın sahilindәdir. Əh. 7035 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur.
Yaşayış mәntәqәsi vә mahal kimi ilk dәfә 7 әsrә aid mәnbәlәrdә qeyd olunur. Toponimin xaçmatak tayfasının adından götürüldüyü ehtimal edilir. Kәndin şm.-ında, Qaladağın zirvәsindә orta әsrlәrә aid Govurqala, 5 km şm.-ş.-dә Balaşun yaşayış yeri (11–17 әsrlәr) yerlәşir. 2 tam, 1 ümumi orta mәktәb, 3 uşaq bağçası; memarlıq abidәlәrindәn iki mәscid (19 әsr vә 20 әsr), Adil körpüsü (19 әsr), Daşüz körpüsü (20 әsr) var.










