Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XADZALAR 
    XADZALAR (özlәrini h a d z a l a r, h a t s a l a r, h a d z a p i l ә r, h a d z a b e l ә r adlandırırlar; suahili dilindә v a t i n d i q a l a r, v a k i n d i q a l a r) – Tanzaniyanın şm.-ş.-indә koysan xalqı. Eyasi gölü r-nunda (Aruşa vil.-nin c.-q.-i, Singida vil.-nin şm.-ı vә Şinyanqa vil.-nin c.-ş.-i) yaşayırlar. Sayları 1 min nәfәrdir (2016). Xadza dilindә danışırlar, hәmçinin suahili, isanzu (i s s a n s u) vә digәr qonşu bantu dilli xalqların dillәri yayılmışdır. Əsasәn, әnәnәvi inanclarını saxlamışlar, xristianlar da var.
    X.-ı әnәnәvi olaraq Şәrqi Afrikanın koysan әhalisinin (“Şәrqi Afrika buşmenlәri”) qalıqları hesab edirdilәr. Genetik cәhәtdәn mbuti vә aka piqmeylәrinә yaxındırlar. Qonşularla әlaqәlәri 18 әsrdәn, avropalılarla (almanlarla) – 19 әsrin sonlarından başlamışdır. İlk dәfә 1930-cu illәrdә alman tәdqiqatçısı L.Kol-Larsen tәrәfindәn tәsvir olunmuşlar. 20 әsrin ortalarından qonşuları tәrәfindәn savannalardan bataqlıq әrazilәrә sıxışdırılmışlar. Onları oturaq hәyata keçirmәk, xristianlığı qәbul etdirmәk cәhdlәri uğursuz olmuşdur.
    Ənәnәvi mәşğuliyyәtlәri ovçuluq, vәhşi arı balının toplanması, yığıcılıqdır. Yağışlı mövsümdә tәqr. 20 nәfәrlik lokal qruplarla köçәrәk meyvә, quş vә tısbağa yumurtası toplayırlar, yağıntısız mövsümdә tәqr. 70 nәfәrlik qruplarla daş, yaxud dәmir ucluqlu ox vә kamanla ov (qәzal, dovşan, manqusta, meymun, bәzәn kәl, fil, zürafә) edirlәr. Quraqlıq dövründә sümük vә dәrini qonşu issansu xalqı ilә qarğıdalıya dәyişirlәr. Oxucluqları, bıçaqlar, baltalar gәtirilmә dәmirdәn düzәldilir. Hәsir toxuyur, muncuq vә oxlu kirpi iynәlәrindәn bәzәk әşyaları hazırlayırlar. Evlәri otlardan düzәldilmiş koma, geyimlәri dәri, yaxud göndәn önlükdür. Qohumluğun hesablanması bilateraldır. Kiçik ailәlәr, nikahdansonrakı mәskunlaşma virilokal vә ambilokaldır, lokal qruplara (tәqr. 100 nәfәr) әn tәcrübәli ovçu başçılıq edir. Folklorları (miflәr, әfsanәlәr, nağıllar) saxlanılmışdır. X.-ın bәzilәri әnәnәvi hәyat tәrzini itirmiş vә muzdlu işlә mәşğul olurlar.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 