XAİN Viktor Yefimoviç (26.2.1914, Bakı – 24.12.2009, Moskva) – rus geoloqu, REA-nın akad. (1987). SSRİ Dövlәt (1987) vә RF Dövlәt (1992) mükafatları laureatı. Azәrb. Sәnaye İntunu (indiki Azәrb.

Dövlәt Neft vә Sәnaye Un-ti) bitirdikdәn sonra (1935) Azәrb.-ın müxtәlif geol. idarәlәrindә (1935–54), 1938–54 illәrdә Azәrb. SSR EA-nın İ.M.Qubkin ad. Geologiya İn-tunda (indiki Geologiya vә Geofizika İn-tu) işlәmişdir. Azәrb. Sәnaye İn-tunda dәrs demişdir (1949–54; 1949 ildәn prof.). Moskva Un-tinin prof.-u (1961 ildәn) olmuşdur. 1957–72 illәrdә SSRİ EA-nın Geokimya vә Analitik Kimya İn-tunda, 1972 ildәn Geologiya İn-tunda baş elmi işçi kimi fәaliyyәt göstәrmişdir. Eyni zamanda SSRİ EA-nın (REA-nın) müxtәlif geol elmi-tәdqiqat in-tlarında çalışmışdır. Əsas işlәri regional geologiya (Qafqaz, Karpat d-rı vә s.), geotektonika, neft-qaz geologiyası, geol. elmlәrin tarixi sahәlәri üzrәdir. Tektonik hәrәkәtlәrin vә Yer qabığının әsas struktur elementlәrinin tәsnifatını tәklif etmiş, geosinklinal proseslәrin bәzi ümumi qanunauyğunluqlarını dәqiqlәşdirmiş, Yer qabığı tәkamülünün mühüm mәrhәlәlәrinin problemlәri üzәrindә işlәmişdir. Nәzәri geotektonikanın әsas mәsәlәlәri – geosinklinallar, platformalar, orogenlәr, dәrinlik yarıqları, litoloji formasiyalar, qırışıqların әmәlәgәlmәsi haqqında nәzәriyyәlәr işlәyib hazırlamışdır. Materiklәrin ilk litoloji formasiya xәritәlәrinin tәrtibçisi (A.B.Ronovla birgә), beynәlxalq tektonik xәritәlәr üzrә komissiyanın sәdr müavini (1971 ildәn) olmuşdur. Rusiya Tәbiәt Elmlәri Akademiyasının fәxri üzvü, Paris Un-tinin fәxri doktoru, Avropa Akademiyasının fәxri akad., Avropanın bir sıra geol. cәmiyyәtlәrinin fәxri üzvü seçilmişdir. Qırmızı Əmәk Bayrağı Ordeni vә medallarla tәltif edilmişdir.
Ə s ә r ә r i: Геотектонические основы поисков нефти. Баку, 1954; Регионалная геотектоника. Северная и Южная Америка, Антарктида и Африка. М., 1971; Общая геотектоника. 2 изд., М., 1973.
Əd.: Виктор Ефимович Хаин. (К 60-летию со дня рождения), “Вестник МГУ. Серия IV. Геология”. 1974, № 2.










