XAKARULAR (“xaki” – adamlar vә “aru” – danışmaq sözündәn) – Perunun dağlıq r-nlarında (Yauyos әyalәti, Lima dep-ti, әsasәn, Tupe k.) yaşayan hindilәrin etnik qrupu. Sayları 1970-ci illәrin sonlarında 2–3 min nәfәr idi. Dillәri aymara dili ilә qohumdur, qonşu kauka qrupuna yaxındır. Əksәriyyәti ikidillidir (ispan dili). Dindarları xristiandır. İspanların gәlişinәdәk X.-ın әcdadları Lima vә Xunin dep-tlәrinin dağlıq rayonlarının әsas әhalisini tәşkil edirdilәr. Lama vә alpaqa yetişdirmәklә, qismәn әkinçiliklә mәşğul olurdular. Mәrkәzi Peruya, ehtimal ki, eramızın 1-ci minilliyinin ikinci yarısında Boliviya yaylasından gәlmişlәr. Müasir X. mәdәniyyәt baxımından Mәrkәzi Perunun dağlıq rayonlarında yaşayan ispandilli metis kәndlilәrlә oxşardırlar. Sәnәt sahәlәrindәn yunәyirmә vә toxuculuq geniş inkişaf etmişdir.










