Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XAKÁS RESPUBLİKASI
    XAKÁS RESPUBLİKASI, X a k a s i y a – RF-nin subyekti. Şәrqi Sibirin c.-q. hissәsindә yerlәşir. Sibir federal dairәsinә daxildir. Sah. 61,6 min km2. Əh. 532 min (2021). Paytaxtı Abakan ş.-dir. 8 r-nu, 5 şәhәri, 7 ştq. var.
     
    Dövlәt hakimiyyәti orqanları. Respublikanın dövlәt hakimiyyәti orqanları sistemi RF-nin Konstitusiyası vә Xakas Resp.-nın Konstitusiyası (1995) ilә müәyyәnlәşir. Resp.-nın ali nümayәndәli vә qanunverici dövlәt hakimiyyәti orqanı olan Xakas Resp.-nın Ali Soveti (AS) daimi әsaslarla fәaliyyәt göstәrir. AS-in strukturuna sәdr, onun müavinlәri, rәyasәt heyәti, komitәlәr (komissiyalar) daxildir; daimi, yaxud әsas etibarilә X.-ın әrazisindә yaşayan RF vәtәndaşları tәrәfindәn ümumi bәrabәr, birbaşa vә gizli sәsvermә ilә 5 il müddәtinә seçilәn 50 deputatdan ibarәtdir. İcraedici hakimiyyәti X.-ın ali vәzifәli şәxsi – Xakas Resp. Başçısının rәhbәrlik etdiyi hökumәt hәyata keçirir. Resp.-da icraedici dövlәt hakimiyyәti orqanları sisteminә nazirliklәr, dövlәt komitәlәri, komitәlәr vә digәr orqanlar daxildir. Resp. Başçısı X. әrazisindә yaşayan vә aktiv seçki hüququna malik RF vәtәndaşları tәrәfindәn ümumi bәrabәr, birbaşa vә gizli sәsvermә ilә 5 il müddәtinә seçilir. Seçkilәrin qaydası vә namizәdlәrә dair tәlәblәr federal qanunla (2012) müәyyәnlәşdirilir. Resp. Başçısı hökumәtin fәaliyyәtinin әsas istiqamәtlәrini müәyyәnlәşdirir, onun işini tәşkil vә iclaslarına rәhbәrlik edir, hökumәti formalaşdırır vә onun istefası haqqında qәrar qәbul edir, dövlәt hakimiyyәtinin icraedici orqanlarının strukturunu müәyyәnlәşdirir, hәmçinin federal qanunvericiliyә, Xakas Resp.-nın Konstitusiyası vә qanunlarına müvafiq olaraq digәr sәlahiyyәtlәri hәyata keçirir.
    Tәbiәt. X. dağlıq ölkәdir (80%); әrazinin 20%-ini çu xurlar (Minusa vә Çulım-Yenisey) vә çöllәr (Koybal, Uybat, Abakan) tutur. Q.-indә Kuznetsk Alatausunun ş. yamacları (Verxni Zub d., hünd. 2178 m-әdәk) vә Abakan silsilәsi (1984 m-әdәk), c.-ş.-indә Qәrbi Sayanın şm. yamacları (Karaqoş d., 2930 m; X.-nın әn yüksәk nöqtәsi) yerlәşir.
    X.-nın әrazisi Ural-Oxot mütәhәrrik qurşağının Altay-Sayan qırışıqlıq vil.-ndәdir. Ölkәnin q.-ini Kuznetsk Alatausu sisteminin Salair qırışıqlığının Üst Proterozoy vә Kembriyәqәdәr yaşlı vulkanogen-çökmә süxurları, c.-unu Orta Kembri–Alt Silur yaşlı çöküntü qatlarından ibarәt Qәrbi Sayan qırışıqlıq zonası, şm., ş. vә c.-ş.-ini Devon–Permin vulkanogen-çökmә çöküntülәri ilә (qismәn kömürlü seriyalarla) dolmuş öndağlıq vә dağlararası çökәkliklәr (o cümlәdәn Minusa çuxuru) tutur. Faydalı qazıntıları: daş kömür, dәmir filizi, molibden, barit, qızıl, bentonit, üzlük daşlar vә s.
    İqlimi kәskin kontinentaldır. Orta tempr yanvarda –19°-dәn –21°C-yә qәdәr çuxurlarda vә –16°-dәn –18°C-yәdәk öndağlıqlardadır; iyulda çuxurlarda 18–19°C, dağlarda 12°C-dir. İllik yağıntı 250–700 mm (Kuznetsk Alatausunda 1700 mm vә daha çox).
    H. әrazisindә 6556 iri vә kiçik çay var. Mühüm çayları Yenisey vә onun qolu Abakandır; Tom, Çulım (Qara vә Ağ İyus qolları ilә) Ob hövzәsinә aiddir. Əksәr çayların suyundan suvarmada istifadә edilir. Çoxlu şirin vә şor sulu göl var.
     
    Xakas Respublikası. Abakan silsilәsi.
    Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. X.-nın çökәkliklәrindә, qismәn ön dağlıq vә alçaqdağlıqlarında adi, bәzәn qәlәvilәşmiş, qaratorpaqlı çöllәr (әrazinin 26,4%) yayılmışdır. Koybal vә qismәn dә Şirin çöllәri üçün c. qaratorpaqlı quru çöllәr, bәzi yerlәrdә tünd-şabalıdı torpaqlı şoran vә şortәhәr yerlәr sәciyyәvidir. Öndağlıq vә alçaqdağlıqlarda ekspozisiya meşә-çöllәri sәciyyәvidir: әsasәn, kölgәli yamacların boz meşә torpaqlarında qaraşam-tozağacı, tozağacı-şamağacı meşәlәri vә solyari yamaclarda çәmәnlikli, çox vaxt kolluqlu çöllәr yayılmışdır. Ortadağlıqlarda qonur dağ-tayqa, çimli kültorpaqlarda qara şamla qarışıq sidr-ağ şamağacından ibarәt tayqa meşәlәri üstünlük tәşkil edir; sidrin payına 29,7%, ağ şamağacının – 18,2%, qaraşamın – 14% düşür, tozağacının da payı çoxdur – 25,8%. Qәrbi Sayanın şm. yamaclarında mövsümi uzunmüddәtli donan tayqa vә dağ-tayqa torflu torpaqlarında qaraşam-tünd iynәyarpaqlı meşәlәr, c.-da qaratorpağabәnzәr dağ-meşә torpaqlarında otluqlu qaraşam meşәlәri vardır.
    Qonur profilli turş torpaqlar üzәrindәki, dağlıq-çәmәn torpaqlarında yamac boyu yuxarıya doğru dağlıq tundra vә daşlı sәpintilәrlә әvәzlәnәn subalp vә Alp çәmәnlәri qarışıq qaraşam-sidr seyrәk meşәlәri yayılmışdır. X.-da 1526 bitki növü vardır, bunların 24-ü RF-nin “Qırmızı Kitab”ına daxil edilmişdir, 300 növü dәrman bitkilәridir.
    X.-nın heyvanlar alәmi rәngarәngdir. Burada 75 növ mәmәli, 337 növ quş (bunlardan 28-i Avropa vә Asiya üçün nadirdir), xeyli sayda onurğasız, xüsusilә cücülәr vardır. Çöllәrdә monqol çölsiçanı, uzunquyruq sünbülqıran, Cunqariya cәngәllik dağsiçanı, hoppanan әrәbdovşanı; quşlardan torağay, çöl sarı, Daur kәkliyi, sayı kәskin azalmış dovdaq; meşәlәrdә ayı, maral, kabarqa, samur, canavar, tülkü, Sibir siçovulu, Sibir porsuğu, ağ dovşan vә s.; quşlardan Sibir xoruzu, qarabağır, sidrquşu, saqqallı kәklik vә s. yaşayır. Susamuru iqlimlәşdirilmişdir. Su hövzәlәrindә 34 növ balıq var: Sibir nәrәsi, çökә, alabalıq, sıf, nelma vә s.; әlvan forel, çil qızılbalıq, Baykal omulu iqlimlәşdirilmişdir.
     
    Xakas Respublikası. Abakan çayı.
    Ətraf mühitin vәziyyәti vә mühafizәsi. X. xüsusilә çuxurlarda yüksәk antropogen gәrginliyin olduğu bölgәdir. Atmosfer havasının әsas çirklәndiricilәri: yanacaqenergetika, metallurgiya vә hasilat sәnayesi müәssisәlәri; nәqliyyat, k.t.
    Neqativ tәbii proseslәr aktivdir. X.-nın bir çox r-nu qar örtüyünün dağılmasına, torpaqların güclü qurumasına, toz qasırğalarına, deflyasiyanın aktivlәşmәsinә gәtirib çıxaran tez-tez tәkrarlanan tam sakit hava, yer qatına yaxın temp-r inversiyaları (çuxur effekti) vә güclü yaz külәklәri sәbәbindәn yüksәk çirklәnmә zonalarıdır. Sәhralaşmaya 3,3 mln. ha, külәk eroziyasına ilә 2,6 mln. ha, deflyasiyaya ilә 60,8%-i әkin yerlәrinin mәruz qalmışdır. Torpaqların şoranlaşması xüsusilә Koybal, Şirin çöllәrindә artır. Su eroziyası 252,4 min ha, külәk eroziyası 437 min ha sahәdә müşahidә olunur. 14 min ha suvarılır. Bir çox suvarma sistemi bәrpa edilir. Meşәlәrin yanması vә kәsilmәsi, brakonyer ovu cüyür, dağkeçisi, qaban, sincab vә samurun sayının azalmasına sәbәb olmuşdur. Çöllәrdә durnanın, dovdağın sayı azalır.
    Mühafizә olunan tәbii zonalar resp. Әrazi sinin 13,8%-ni tәşkil edir. Xakasiya qoruğu, 4 dövlәt tәbiәt yasaqlığı (İyus, Boqrad vә s.), tәbiәt abidәlәri şamağacı meşәlәrindәn ibarәt (Abaza, Bondarevo vә s.). “Xakasiya” tәbiәt parkı vә çoxlu regional yasaqlıqlar, etnoqrafik vә tәbiәt abidәlәri tәşkil edilmişdir.
    Əhali. X. әhalisinin 81,7%-ni ruslar, 12,1%-ni xakaslar, 1,1%-ni almanlar, 0,3%-ni şorlar vә digәr xalqlar tәşkil edir. Orta sıxlıq 1 km2-dә 8,7 nәfәrdir (2016). Şәhәr әhalisi 68,8%-dir (2016). İri şәhәrlәri: Abakan, Çernoqorsk, Sayanoqorsk.
    Tarixi oçerk. Regionun әn qәdim arxeoloji abidәlәri Dvuxqlazka zağasının Mustye dövrünә aid tәbәqәlәrlә (45–50 min il әvvәl; itiuclular, әrsinlәr, bazalt nukleuslar), hәmçinin Malaya Sıya (30–35 min il әvvәl), Afanasyeva Qora vә Taraçixa (22– 16 min il әvvәl), Mayna (Rusiya torpaqlarında keramikadan düzәldilmiş әn qәdim insan fiquru ilә – 16 min il әvvәl) Üst Paleolit düşәrgәlәri, Afontova mәdәniyyәti, Kokorevo mәdәniyyәti ilә tәmsil olunur. Mezolit dövrü üçün abidәlәrin 3 qrupu müәyyәnlәşdirilmişdir. Neolit üçün (e.ә. 6-cı minillik – e.ә. 3-cü minilliyin әvvәllәri) keramikayaqәdәrki vә keramika (e.ә. 4-cü minilliyin ortalarından; yuvarlaq altlıqlı açıq qablar) mәrhәlәlәri sәciyyәvidir; petroqliflәr, ehtimal ki, daş heykәllәr vә stelalar meydana gәlmişdir.
    Erkәn metal dövründә yerli mis metallurgiyası, heyvandarlıq yayılmışdı. Bir sıra miqrasiyaların şm.-ş. hüdudları olan Afanasyev mәdәniyyәti, Okunev mәdәniyyәti, Andronovo mәdәniyyәti, Qarasu mәdәniyyәti (әsas ocağı Şәrqi Asiya metallurgiya әyalәtinin şm. zonasında yerlәşirdi) birbirilә genetik cәhәtdәn bağlı deyillәr; e.ә. 2-ci minilliyin ortalarında Baykalәtrafıdan Şәrqi Avropaya gedәn “Böyük nefrit yolu” meşә-çöl zonasından keçirdi.
    Erkәn Dәmir dövründә Qarasu mәdәniyyәti әsasında regionda irriqasiyanın vә dövlәtçiliyin әsasını qoymuş Avropa irqi nümayәndәlәrindәn qalma Taqarski mәdәniyyәti (Çin yazılı mәnbәlәrindәki dinlinlәrlә әlaqәlәndirilir) formalaşmışdı. Tәqr. e.ә. 201 ildә X. әrazisi idarәçilik mәqsәdilә Mәrkәzi Asiyadan türkdilli Yenisey qırğızlarını köçürәn hunnuların hakimiyyәtinә keçmişdi. Onların Tes mәdәniyyәtindә izlәnilәn aborigenlәrlә qaynayıb qarışması Taştık mәdәniyyәtinin әsasını tәşkil etmiş vә xakasların etnogenezinin başlanğıcını qoymuşdur.
    Orta әsrlәrdә bu әnәnәlәrin inkişafı 6–13 әsrlәrdә mövcud olmuş Qәdim Xakas dövlәti (7 әsrin sonlarından 11–12 әsrlәrәdәk Qırğız xaqanlığı) ilә bağlı Çaatas mәdәniyyәtindә, Tüxtyat mәdәniyyәtindә, Askiz mәdәniyyәtindә әks olunur. Dövlәt Türk xaqanlığı Uyğur xaqanlığı ilә müharibәlәr zamanı da qalmaqda idi; 758 ildә bir müddәt uyğurlara tabe olsa da, 820–840-cı illәrdәki müharibәlәr zamanı Uyğur dövlәtinә son qoymuşdu. İrtışdan Selenqayadәk olan torpaqları hakimiyyәti altına alan Qәdim Xakas dövlәti 760-cı illәrdә qәbul etdiklәri maniliyi, Yenisey yazı sistemini (bax Orxan-Yenisey abidәlәri) yaymış, Uzaq Şәrq, Orta Asiya, Şәrqi Avropa ilә әlaqәlәr qurmuşdu. 1207 ildә Monqol imperiyası tәrәfindәn zәbt edilmişdir; 1218 vә 1273–93 illәrdәki üsyanlar zamanı әhali xeyli qırılmışdı. 1270-ci illәrdәn region Yuan vә digәr sülalәlәrin hakimiyyәti altında idi.
    1590-cı illәr – 18 әsrin ortalarında indiki X. әrazisi (rus mәnbәlәrindә Qırğız torpaqları) Rus dövlәti (1721 ildәn Rusiya imperiyası), monqolların Altun xanları, Cunqar xanlığı vә Çinin Sin imperiyasının maraqlarının toqquşduğu meydan idi.
    1703 ildә qırğızların әsas hissәsi 15 min nәfәrdәn çox asılı әhali ilә birlikdә cunqarlar tәrәfindәn Monqol Altayına köçürüldü, bu da öz növbәsindә regionun Rusiyaya birlәşdirilmәsinә sәbәb oldu. Bure müqavilәsi (1727) vә Kyaxta müqavilәsi (1727) Rusiya imperiyası ilә Çin arasında sәrhәdyanı mübahisәlәri nizamladı. Cunqariya ilә mübahisә obyekti olan Cәnubi Xakasiya 1758 ildә Rusiya imperiyasının tәrkibinә keçdi. İndiki Xakasiya әrazisindә yasaq nahiyәlәri yaradıldı. 18–19 әsrlәrdә yerli әhali “tatarlar” adlandırılırdı.
    18 әsrin birinci rübündәn Orta Yeniseyin sağ sahilinin ruslar tәrәfindәn müstәmlә kәlәşdirilmәsinә başlandı, nәticәdә burada köhnә sakinlәrin lokal qrupu – yerli әhalinin әnәnәvi mәdәniyyәtinin ayrı-ayrı cәhәtlәrini mәnimsәmiş çaldonlar formalaşdı. 19 әsr – 20 әsrin әvvәllәrindә indiki X. әrazisinә rusların, hәmçinin digәr etnik qrupların köçürülmәsi davam edirdi.
    18 әsr – 20 әsrin әvvәllәrindә indiki X. әrazisi Sibir quberniyasının (1779 ilәdәk), Kolıvan vil.-nin (1779–83), Kolıvan qub.-nın (1783–96), Tobolsk qub.-nın (1796–1804), Tomsk qub.-nın (1804–22), Yenisey qub.-nın (1822–1925) tәrkibindә idi. Sibir qırğızları haqqında nizamnamәyә (1822) әsasәn X. әhalisi yeni yaradılmış Kaça, Koybal, Qızıl vә birlәşmiş müxtәlif tayfalar (Saqay) çöl dumaları çәrçivәsindә müәyyәn muxtariyyәt әldә etdi. 19 әsrin ikinci yarısında çöl dumaları yadellilәrin idarәlәri ilә әvәzlәndi.
    19 әsrin ikinci rübündәn indiki X. әrazisi siyasi sürgün yeri kimi istifadә olunurdu [burada cәza çәkәnlәr arasında dekabristlәr, Polşa üsyanı (1830–31), Polşa üsyanı (1863–64) iştirakçıları vә b. var idi]. 19 әsrin ikinci yarısı – 20 әsrin әvvәllәrindә X. ziyalıları (N.F.Katanov, S.D.Maynaqaşev, M.İ.Raykov vә b.) formalaşmağa başladı. 1898 ildә yadelli müdirlәr institutunun tәtbiqi xakasların özünüidarәsini mәhdudlaşdırdı. 20 әsrin әvvәllәrindә yerli milli hәrәkat formalaşdı. 1905 ildә keçirilmiş Askiz yadellilәr toplanıtısında “yadellilәrin” yeni idarәetmә layihәsi (geniş muxtariyyәt vә yerli әhalinin torpaq hüquqlarının müdafiәsi nәzәrdә tutulurdu) qәbul olundu. 1905–07 illәrdә 1-ci vә 2-ci Dövlәt dumasına seçkilәrdә iştirak etmiş “Sibir yadellilәrinin ittifaqı” adlı siyasi tәşkilat fәaliyyәt
    göstәrirdi. 1911 ildә X.-nın yerli әhalisi köçәri yadellilәr kateqoriyasından oturaq әhali kateqoriyasına keçirildi vә hüquqi baxımdan kәndli tәbәqәsi ilә bәrabәrlәşdirildi. 1912 ildәn indiki X. әrazisindә volost idarәçiliyinin tәtbiqinә başlandı.
    Fevral inqilabı (1917) milli hәrәkatın fәallaşmasına sәbәb oldu. 1917 ilin aprel vә iyun–iyulunda Minusinsk dairәsinin yerli әhalisinin 1-ci vә 2-ci qurultayları keçirildi. Xakasların özünüidarәsi bәrpa olundu. Milli komitәnin başçısı S.D. Maynaqaşevin tәşәbbüsü ilә “tatarlar” adını Çin tarixşünaslığındakı “xakaslar” termini әvәzlәdi.
    1917 ilin noyabrı – 1918 ilin yayında regionda sovet hakimiyyәti mövcud idi. 1918 ilin mayında xakas xalqının 5-ci qurul tayında “Xakasların çöl özünüidarәsi haqqında әsasnamә” qәbul olundu vә X.-nın әrazi cәhәtdәn birlәşdirilmәsi mәsәlәsinә baxıldı. 1918 ilin iyulundan 1920 ilin yanvarınadәk region ağqvardiyaçı qoşunların nәzarәtindә idi. Bolşeviklәrlә mübarizә üçün A.V.Kolçakın Sibir ordusuna yerli, o cümlәdәn xakas әhalisinin sәfәrbәrliyi hәyata keçirildi. Regionda sovet hakimiyyәti bәrpa olunduqdan sonra 1930 ilәdәk burada tәqr. 20 antisovet silahlı dәstәsi fәaliyyәt göstәrirdi; әhalinin böyük hissәsi tәrәfindәn dәstәklәnәn İ.N.Solovyev hәrәkatı daha geniş vüsәt almışdı.
    Milli-mәdәni quruculuq çәrçivәsindә 1923 ildә xakasların mәskunlaşdıqları әrazilәrdә mәrkәzi Ust-Abakanskoye k. olmaqla Xakasiya qәzası yaradıldı. 1925 ildә Xakasiya qәzası Sibir diyarının Xakasiya dairәsi kimi yenidәn quruldu. 1920–40-cı illәrdә xakas yazı sistemi yaradıldı, milli teatr (1931) vә vil. muzeyi (1931), Abakan dövlәt pedaqoji in-tu vә Xakasiya elmi tәdqiqat dillәr, әdәbiyyat vә tarix in-tu açıldı (hәr ikisi 1944), Açinsk – Abakan d.y. xәtti istifadәyә verildi (1926). 1930 ildә Xakasiya dairәsi Qәrbi Sibir (1930–34) vә Krasnoyarsk (1934–90) diyarlarına daxil olan Xakasiya MV kimi yenidәn tәşkil edildi. İlk vaxtlar 6 rayondan ibarәt idi. Abakan (1931; әvvәllәr Ust-Abakanskoye k.), Çernoqorsk (1936), Abaza vә Sorsk (1966), Sayanoqorsk (1975) şәhәr statusunu aldı. Böyük Vәtәn müharibәsi (1941–45) dövründә X.-da 309-cu atıcı diviziyası vә bir sıra digәr hәrbi birlәşmәlәr yaradılmış, 16 tәxliyyә hospitalı fәaliyyәt göstәrmişdir. 1950–80-ci illәrdә sәnayelәşdirmә vә k.t.-nın intensivlәşdirilmәsi davam etdirilirdi. Novokuznetsk–Abakan, Askiz–Abaza, Biskamja–Verşina Töi (hamısı 1959), Abakan–Tayşet (1965) d.y. xәtlәri üzrә daimi hәrәkәt başladı.
    1980-ci illәrin sonunda xakasların milli hәrәkatı fәallaşdı, ictimai-siyasi tәşkilatlar, o cümlәdәn “Tun” (“Dirçәliş”) Xakas xalq ittifaqı vә s. meydana gәldi. 1990 ilin avqustunda keçirilәn Xakas xalqının 1-ci qurultayında X.-nın dövlәt müstәqilliyi haqqında bәyannamә qәbul edildi. 1991 ildә Xakasiya MV Xakasiya SSR kimi yenidәn quruldu, 1992 ildә isә Xakasiya Respublikası adlandırıldı. Xakas xalqının növbәdәnkәnar 4-cü qurultayında (mart 1992) xalq hәrәkatının icraiyyә orqanı – Çon Çobi yaradıldı. 1995 ildә Xakasiya Respublikasının konstitusiyası qәbul edildi.
    Xakasiya әrazisindәn tapılmış arxeoloji nümunәlәr: 1 – daş kitabә üzәrindә әfsanәvi heyvan tәsviri. Okunev mәdәniyyәti. Çernovaya VIII mәzarlığı; 2 – saxsı qab. Qarasu mәdәniyyәti. Qarasu mәzarlığı; 3 – fiqurlu gümüş pilәklәr. E.ә. 1 әsr – eramızın 2 әsri. Znamenka kәndi yaxınlığındakı dәfinәdәn; 4 – qadın dәfn maskası. Taştık mәdәniyyәti. Barsuçixa dağı әtәyindә kurqan; 5 – dәmir üzәngi. Tüxtyat mәdәniyyәti. Minusa çökәkliyi. 1, 3, 4 – Ermitaj (Sank-Peterburq); 2 – M.P.Qryaznova görә; 5 – İ.L.Kızlasova görә.
    Tәsәrrüfat. X. Şәrqi Sibir iqtisadi r-nuna daxildir. Sәnaye mәhsullarının hәcmi k.t. mәhsullarının hәcmindәn 10 dәfә artıqdır.
    Resp. alüminium әrintisi, folqa istehsalı, molibden filizlәri hasilatı vә molibden istehsalı (Rusiya istehsalının 70%-ndәn çoxu) üzrә RF-dә liderlәrdәn biridir. Rusiya kömürünün 3,8%-i (RF-dә 5-ci yer), dәmir filizi konsentratının 2,6%-i, elektrik enerjsi istehsalının 2,5%-i X.-nın payına düşür. İqtisadi fәaliyyәt növlәri üzrә ÜRM-in strukturu (%, 2013): topdan vә pәrakәndә satış, müxtәlif mәişәt xidmәtlәri 13,5, emal edici istehsal 13,2, faydalı qazıntıların hasilatı 11,9, elektrik enerjisi, qaz, su istehsalı vә paylanması 10,3, nәql. vә rabitә 9,3, daşınmaz әmlak әmәliyyatları 8,8, dövlәt idarәçiliyi vә hәrbi tәhlükәsizliyin tәminatı, icbari sosial tәminat 8,5, tikinti 7,1, sәhiyyә vә sosial xidmәtlәr 5,9, kәnd vә meşә tәsәrrüfatı 4,3, tәhsil 4,1, digәr fәaliyyәt növlәri 3,1. Mülkiyyәt formalarına görә müәssisәlәrin nisbәti (tәşkilatların sayına görә, %; 2014): özәl 79,5, bәlәdiyyә 8,4, ictimai vә dini tәşkilatlar (birliklәr) 5,6, dövlәt 4,6, digәr mülkiyyәt formaları 1,9.
    İqtisadi fәal әhali 258,0 min nәfәrdir (2014), onların 89%-i iqtisadiyyatda çalışır. İqtisadi fәaliyyәt növlәri üzrә әhalinin mәşğulluq strukturu (%): topdan vә pәrakәndә satış, müxtәlif mәişәt xidmәtlәri 14,6, emaledici istehsal 12,3, tәhsil 10,2, kәnd vә meşә tәsәrrüfatı, balıqçılıq, balıqyetişdirmә 10,1, nәql. vә rabitә 8,3, sәhiyyә vә sosial xidmәtlәr 7,7, tikinti 7,5, daşınmaz әmlak әmәliyyatları 6,6, faydalı qazıntıların hasilatı 4,2, digәr kommunal, sosial vә fәrdi xidmәtlәr 3,8, qaz, su vә elektrik enerjisinin istehsalı vә paylanması 3,7, digәr fәaliyyәt növlәri 11,0. İşsizlik sәviyyәsi 6,2%-dir. Adambaşına düşәn gәlir ayda 324,76 dollar (RF üzrә ortalama hәddin 66,2%-i) tәşkil edir. Əhalinin 17,5%-inin gәliri yaşayış minimumu sәviyyәsindәn aşağıdır.
    S ә n a y e. Sәnaye mәhsullarının hәcmi 2,38 mlrd. dollardır (2014); 53,3% emaledici istehsala, 23,5% faydalı qazıntıların hasilatına, 23,2% qaz, su vә elektrik enerjisi istehsalı vә paylanmasına düşür. Emal sәnayesinin strukturu (%): metallurgiya istehsalı 69,7, yeyinti sәnayesi 15.8, maşınqayırma 10,1, digәr sahәlәr 4,4.
    Daş kömür hasilatı (14,6 mln. t, 2014, tәqr. 40%-i ixrac edilir) Minusan daş kömür hövzәsindә aparılır.
    Elektrik enerjisi istehsalı 22,4 mlrd. kVt-saatdır (2014). Rusiyanın әn iri elektrik st. olan Sayano-Şuşenskaya SES-i fәaliyyәt göstәrir (Sayanaqorsk ş.).
    Dәmir filizi Abakan, Abaqas, İzıxqol vә Tey yataqlarında (2015 dayandırılmışdır) çıxarılır. Filizin emalı Kemerovo vil.-ndәki zәnginlәşdirici f-kdә hәyata keçirilir. Molibden filizi çıxarılır (Sorsk yatağı). Ən mühüm әlvan metallurgiya müәssisәlәri (idxal xammalından istifadә olunur, hamısı Sayanoqorsk ş. “RUSAL” şirkәtinin tәrkibindәdir): Sayanaqorsk (Rusiyanın әn iri alüminium әrintisi istehsalçısı, ildә 524 min t alüminium) vә Xakas (ildә 297 min t alüminium) alüminium z-dları, SAYANAL (folqa vә folqa әsasında qablaşdırma materiallarının istehsal hәcminә görә Rusiyada lider, ildә 40 min t-dan çox folqa).
    Əsas maşınqayırma müәssisәsilәri (Abakan ş.): “Abakanvaqonmaş” (“RM Reyl” şirkәtinin tәrkibindә, d.y. üçün yükqatarı), tәcrübә-mexanika z-du (meşә sәnayesi kompleksi üçün xüsusi texnika).
    Yeyinti sәnayesinin aparıcı müәssisәlәri Abakan, Sayanaqorsk şәhәrlәrindә yerlәşir.
    İri sәnaye mәrkәzlәri: Abakan, Sayanoqorsk, Çernoqorsk.
    Xarici ticarәt dövriyyәsi 2258,8 mln. dollar (2014), o cümlәdәn ixracat 1929,9 mln. dollar tәşkil edir. İxrac olunur (dәyәrindәn % ilә): metal vә metal mәmulatları (75-dәn çox), yanacaq-energetika kompleksi mәhsulları (20-dәn çox) vә s. İdxal olunur (dәyәrindәn % ilә): kimya sәnayesi mәhsulları (80-dәn çox), maşınqayırma (10-dan çox) vә s.
    Sayano-Şuşenskaya SES-si.
    K ә n d t ә s ә r r ü f a t ı. K.t mәhsullarının dәyәri 225,9 mln dollar tәşkil edir, 70%-dәn çoxu heyvandarlığın payına düşür. K.t. torpaqları X. әrazisinin 30%-indәn çoxdur; onun 25%-i әkin sahәsidir. Əkin sahәlәrinin yarıdan çoxunu yemlik bitkilәr, 40%-dәn çoxunu dәnli vә dәnlipaxlalalı bitkilәr, tәqr. 5%-ini kartof vә tәrәvәzlәr, 1%-ini texniki bitkilәr tutur. Ətlik-südlük heyvandardlıq, quşçuluq inkişaf etmişdir. Torpaq sahәlәrinin böyük hissәsi (85%-dәn artıq) k.t. müәssisәlәri torpaqlarına aiddir; 6%-dәn çoxunu fermer (kәndli) tәsәrrüfatları tutur, tәqr. 1%-i vәtәndaşların şәxsi istifadәsindәdir. Taxılın tәqr. 70%-i, әtlik heyvan vә toyuqun tәqr.
    20%-i, südün tәqr. 20%-i k.t. müәssisәlәrindә; tәqr. 95% kartof, 65% әtlik heyvan vә toyuq, 70% süd, 85%-dәn çox tәrәvәz әhaliyә mәxsus tәsәrrüfatlarda istehsal olunur (2014).
    X i d m ә t s f e r a s ı. Pәrakәndә satış (1,2 mlrd. dollar, 2014) ilә yanaşı, turizmdә inkişaf edir.
    N ә q l i y y a t. D.y.-nın uz. 67 km-dir. D.y. magistralları: Abakan – Tayşet, Abakan – Açinsk, Abakan – Novokuznetsk, Tigey – Kopyovo sahәsi. Avtomobil yollarının ümumi uz. 7145,7 km, o cümlәdәn bәrkörtüklü avtomobil yollarının uz. 5,4 min km-dir. “Yenisey” federal avtotrası (K r a s n o y a r s k – A b a k a n – K ı z ı l –Monqolustanla sәrhәd) X. әrazisindәn keçir. Abakanda aeroport var.
    Sәhiyyә. X.-da әhalinin hәr 10 min nәfәrinә 39,8 hәkim, 109,4 orta tibb işçisi; 82,1 xәstәxana çarpayısı düşür (2013). Ümumi xәstәlәnmә әhalinin hәr min nәfәrinә 870,8 hadisә tәşkil edir (2013). Vәrәmlә xәstәlәnmә әhalinin hәr 100 min nәfәrinә 96,6-dır (2013). Ölümün әsas sәbәblәri: qan dövranı sistemi xәstәliklәri, bәdbәxt hadisәlәr, zәhәrlәnmәlәr vә travmalar, hәzm sistemi, tәnәffüs orqanları xәstәliklәri  Balneoloji-palçıq kurortu Şira (Şira mineral gölü bazasında).
    Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri. Resp.-da 175 mәktәbәqәdәr tәhsil müәssisәsi, 179 ümumtәhsil müәssisәsi, 9 orta peşә tәhsili müәssisәsi, 2 dövlәt ali tәhsil müәssisәsi, 215 kitabxana, 22 dövlәt muzeyi fәaliyyәt göstәrir (2015). Əsas elmi müәssisәlәr, ali tәhsil müәssisәlәri, kitabxana vә muzeylәr Abakanda yerlәşir. Hәmçinin X. R. “Kazanovka” milli muzey-qoruğu (1996, Askiz r-nu), Sayanoqorsk diyarşünaslıq muzeyi (1999), “Xoya xoos” Poltakov qayaüstü incәsәnәt muzeyi (statusu 2003 ildәn, Poltakov k.) vә s. fәaliyyәt göstәrir; “Sulek”, “Sunduki” (hәr ikisi Orconikidze r-nunda), “Uluq Xurtuyaxtas” (Askiz r-nu) muzey-qoruqları, “Ust-Sos” (2010, Beya r-nu), “Malıye Arbatı yazıları” (2010, Malıye Arbatı qәs.; Taştık diyarşünaslıq muzeyinin filialı) açıq sәma altında muzeylәri var.
    Kütlәvi informasiya vasitәlәri. Respublikada “Xakasiya” informasiya agentliyi fәaliyyәt göstәrir, qәzetlәr (Abakan ş.-ndә) nәşr olunur: “Xabar” (1927 ildәn; 2008 ildәn indiki adı ilә, hәftәdә 3 dәfә, xakas dilindә), “Xakasiya” (1930 ildәn; 1992 ildәn indiki adı ilә, gündәlik, rus dilindә); “Şans” (1993 ildәn), “Pyatnitsa” (1996 ildәn), “Pravda Xakasii” (1998 ildәn) vә s. hәftәlik qәzetlәr çıxır. Radio 1938 ildәn, televiziya 1959 ildәn fәaliyyәt göstәrir. Radio vә televiziya verilişlәrinin yayımını “Xakasiya” Dövlәt Televiziya vә Radio Şirkәti (1992 ildәn), “Respublika televiziya şәbәkәsi” (2010 ildәn) vә s. hәyata keçirir.
    Ədәbiyyat. Xakas folklorunun tәşәkkül tarixi 2500 ildәn çoxdur. Ulu xakas tayfaları haqqında rәvayәtlәr müstәqil şәkildә dövrümüzәdәk dәlib çatmasa da, onların izlәrinә ayrı-ayrı folklor nümunәlәrindә, o cümlәdәn “Altın Arıq” dastanında rast gәlinir (yarımqadın-yarımcanavar Pis-Tumzuxun qeyri-adi dәrman otu vә dirilik suyu axtarması). Epiqrafik Yenisey abidәlәri әn qәdim xakas yazılı әdәbi nümunәlәri hesab olunur (bax Orxon-Yenisey abidәlәri). Xakas folklorunda lirika vә epos, nәzm vә nәsr mövcuddur; öyüd-nәsihәtlәr, uşaq mahnıları, laylalar, yanıltmaclar, atalar sözlәri, tapmacalar, ağılar vә s. yayılmışdır. “Tasxa-Matır”, “Albınji” dastanları, “Çanar Xuse” balladası var. Süjetli mahnılar yayılmışdır. Xakas yazılı әdәbiyyatı 20 әsrin әvvәllәrindәn tәşәkkül tapmışdır. V.A.Kobyakov poeziya vә nәsri, N.Q.Domojakov roman janrını, M.Y.Kilçiçakov dramaturgiyanı inkişaf etdirmişlәr. P.T.Ştıqaşov, M.A.Arşanov, İ.Q.Kotyuşev, İ.M. Kostyakov, M.N.Çebodayev vә b. aktual mövzularda şeir, poema, hekayә vә povestlәr yazmışlar. V.Şulbayeva, Sibdly Tom, N.Axpaşeva, V.Tatarova, A.Çapray, A.Sultrekov vә b.) X.-nın tanınmış müasir әdiblәridir.
    Memarlıq vә tәsviri sәnәt. Ölkәnin qәdim memarlığı 4 növ abidәlәrlә tәmsil olunur. Dәfn memarlığı eramızın 1-ci minilliyindәk Kainat obrazını tәkrarlayan nizamlı daş tikililәrdәn ibarәt olmuşdur (Afanasyev mәdәniyyәtinin dairәvi hörgülәri; Andronovo mәdәniyyәtinin sistaları, Okunev mәdәniyyәtinin, Qarasu mәdәniyyәtinin kvadrat formalı hasarları, Taqarski mәdәniyyәtinin monumental kurqanları, Taştık mәdәniyyәtinin kollektiv vә ailәvi ağac sәrdabaları); orta әsrlәrdә ölülәrin çoxbucaqlı vә dairәvi mәskәnlәri mövcud idi. Dәmir әsri kompleksinә mengirlәr vә stelalar (eramızın 8 әsrindәn epitafiyalarla) daxil edilirdi. Mәişәt memarlığı (tirlәrdәn düzәldilmiş yastı damlı kvadrat formalı yerüstü evlәr) eradan әvvәlki kurqanaltı sәrdabalarda әksini tapmışdır. Daha sonra türk mәdәniyyәtlәri özlәri ilә çoxbucaqlı kәrtmә vә dirәkli ev tipi gәtirdi. Müdafiә memarlığı tirlәrdәn (Taqarski mәdәniyyәtindә), sonralar daş-torpaqdan hörülmüş divarlarla, 8–18 әsrlәrdә dağ qala-sığınacaqları ilә tәmsil edilir. Era danәvvәlki dövrün sonları – eramızın әv vәllәrindә mәbәd memarlığında dairәvi, çox bucaqlı möhrә divarlar, daralan xәndәklәr, çiy kәrpicdәn üzlüklәr istifadә olunurdu. 8–13 әsrlәrdәn şәhәrlәrdә çiy kәrpicdәn vә ağac sütunlu mani mәbәdlәri inşa edilirdi.
    Üst Paleolit dövrünün tәtbiqi sәnәtinә terrakotadan insan fiquru (Maynino mәskәni, e.ә. 14 әsrdәn әvvәl); Neolit vә Tunc dövrlәrinn bütün mәdәniyyәtlәrinә mükәmmәl formalı vә ornamentli gil qablar aiddir. Tәqr. eramızın 5 әsrindә şәrab üçün dairәvi, naxışlı “qırğız camları” meydana gәldi.
    E.ә. 4–1 әsrlәrdә gil-gips kütlәsindәn mumiya kәllәlәrindә portret-heykәllәr; Taştık mәdәniyyәtindә vә eramızın 6 әsrinәdәk kremasiya edilәnlәrin üz maskaları vә büstlәri hazırlanırdı, çox sayda daş heykәllәr (hünd. 4 m-әdәk) Eneolit vә Erkәn Tunc dövrü mәbәdgahlarında olurdu; relyefli vә oyma naxışlı stelalar sәciyәvi idi. Qayaüstü petroqliflәr Neolitdәn başlayaraq bütün dövrlәrә aid olmuşdur. Regionda e.ә. 3-cü minillikdәn metal emalı 8–10 әsrlәrdә maniçilәrin nәbati ornamenti geniş yayılmışdı. Gümüş vә qızıldan zәngin sәnәtkarlıq nümunәlәri, e.ә. 3 әsrdәn dәmir mәmulatların qiymәtli metallarla inkrustasiya vә aplikasiyası mәlum idi. Eramızın 10–17 әsrlәri bu sәnәtin çiçәklәnmә dövrü olmuşdur (Askiz mәdәniyyәti).
    Rusiya imperiyasına birlәşdirildikdәn sonra (18 әsrin 1-ci yarısından) xakasların xristianlaşdırılması ilә әlaqәdar X.-da xeyli sayda kilsә inşa edilmişdir. Qızıl sәnayeçisi K.İ.İvanitskinin Çebaki k.-ndәki evi X. mülki memarlığının unikal abidәsidir. 19 әsrin ortalarından kәrtmә 6–14 bucaqlı alaçıqlar (“Kyuq”alaçıq kompleksi), 4 divarlı kәrtmә evlәr geniş yayılmışdı.
    Sovet dövründә mәbәdlәrin tәqr. 90 Faizi dağıdılmışdır; şәhәrlәr vә fәhlә qәsәbәlәri salınmışdır. Sovet neoklassisizmi üslubunda inşa edilәn tikililәr arasında Dәmiryol vağzalı (Abakan, 1935), Mәdәniyyәt evi (Abaza), Sovetlәr evi (Çernoqorsk; hәr ikisi 1950-ci illәr) vә s. vardır. 1970-ci illәrdәn çoxmәrtәbәli binalar (10 mәrtәbәli “Drujba” mehmanxanası, Abakan, 1986), 1980-ci illәrin sonu – 2000 illәrdә kilsәlәr inşa edilmişdir.
    1870–80-ci illәrdә V.İ.Surikov X.-da peyzajlar işlәmiş, tarixi әsәrlәri üçün etnoqrafik materiallar toplamışdır. 1930–40-cı illәrdә peşәkar tәsviri sәnәtin әsası qoyulmuşdur (rәssamlar Q.A.Atknin, V.Q.Şoyev, A.F.Kalinin, D.P.Çerepanov, R.K.Ruyqa). 20 әsrin 2-ci yarısında peyzaj ustaları V.M. Novosyolov, M.A.Burnakov, V.F.Kapelko, Q.A.Serebryakov; qrafiklәr V.P.Butanayev, V.A.Todıkov fәaliyyәt göstәrmişlәr. Xalq sәnәti növlәrindәn ağac üzәrindә oyma, naxış vә rәsm; bәdii tikmә yayılmışdır.
    Musiqi. Şifahi yaradıcılığı folklor kollektivlәri (xakas xalq ansamblı “Çon köglәri”), taxpax (xakas vә şor mahnıları) ifaçıları tәmsil edir. Musiqi alәtlәri: çatxan, xomıs, ııx (simli), nırki (nәfәs), tür (zәrb) vә s. Xalq musiqisinin qorunması vә inkişafında Abakandakı S.P.Kadışev ad. Mәdәniyyәt vә Xalq Yaradıcılığı Mәrkәzinin rolu böyükdür. Abakanda A.M.Topanov ad. Xakas Milli Dram Teatrının sәhnәsindә X. peşәkar bәstәkar musiqisinin inkişafına mühüm töhfә vermiş A.A. Kenelin (1898–1970) musiqi ilә pyeslәr tamaşaya qoyulurdu. O, X.-da instrumental janrda ilk әsәrlәr (Xakas mövzuları әsasında dramatik fantaziya, 1955), ilk milli operanı (“Çanar Xus”, 1970; quruluş 1980) yaratmış, әnәnәvi musiqinin 1000-dәn çox nümunәsini yazıya almışdır (mәcmuәlәr 1950 vә 1955 illәrdә nәşr edilmişdir). 1942 ildә X.-da ilk musiqi mәktәbi (indiki A.A.Kenel ad. 1 saylı uşaq musiqi mәktәbi), 1960 ildә Musiqi texnikumu (indiki N.F.Katanov ad. Xakasiya Dövlәt Un-tinin İncәsәnәt İn-tu nәzdindә Musiqi kolleci) açılmış, 1989 ildә V.Q.Çaptıkov ad. Xakasiya filarmoniyasının әsası qoyulmuşdur. Onun tәrkibindә “Ulger” folklor ansamblı (1989), simfonik orkestr (2000) fәaliyyәt göstәrir. 2010 ildә Bәstәkarlar İttifaqının regional şöbәsi yaradılmışdır. “Aytıs” әnәnәvi musiqi festival-müsabiqәsi (1991 ildәn, hәr il), “İşıqlı dünya” xor festivalı (ilk dәfә 2013 ildә) keçirilir.
    Teatr. X.-nın teatr hәyatı, әsasәn, Abakan ş. ilә bağlıdır. Burada Xakas Milli dram teatrı (1931), Rus dram teatrı (1939), “Nağıl” kukla teatrı (1979), “Çitigen” dram vә etnik musiqi teatrı (1988; indiki adı 2011 ildәn) fәaliyyәt göstәrir. 2003 ildәn ilaşırı “Çir Çayaan” (“Torpağın ruhu”) beynәlxalq ekoloji-etnik kukla teatrları festivalı, 2004 ildәn hәr il X. dramaturgiyasının Topa nov ad. resp. müsabiqәsi keçirilir. Rej. vә aktyorlardan: N.D.Bainova, N.Q.Boqatova, M.A.Borzunov, S.Y.Verxqradski, V.B.Qordeyev, V.İ.İvandayev, E.M.Kokova, N.L.Kuçev, X.Y.Lantsov, Y.M.May naqaşev, J.Y.Okolnikov, İ.S.Salaydinov, İ.A.Tokareva, M.Q.Topoyev, A.V.Tuqujekov, S.S.Çaptıkova, A.V.Şvartsman vә b. X. teatr sәnәtinin inkişafında әhәmiyyәtli rol oynamışlar.
    Əd.: У н г в и ц к а я М.Л., М а й н о г а ш е в а В.Е. Народное поэтическое творчество. Абакан, 1972; К ы з л а с о в Л.Р., К о р о л ь Г.Г. Декоративное искусство средневековых хакасов как исторический источник. М., 1990; К а т а н о в Н.Ф. Избранные труды о Хакасии и сопредельных тер- риториях. Абакан, 2001; Гуннский дворец на Енисее. М., 2001; М а й н о г а ш е в а В.Е. Фольклор хакасский / Энциклопедия Республики Хакасия /. Красноярск, 2007.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 