XAKÁSİYA DÖVLƏT TƏBİƏT QORUĞU – RF-dә Xakas Resp. әrazisindәdir. Sah. 2679 km2-dir. 1999 ildә Minusa çuxuru vә Qәrbi Sayanın ekosistemini qorumaq mәqsәdilә yaradılmışdır. 11 sahәdәn ibarәtdir; 7-sindә çöllәr, digәrlәrindә dağ-tayqa meşәlәri qorunur. Çöllәrin iqlimi kәskin kontinentaldır. Çoxlu göl vә kiçik çaylar var. Dağlarda iynәyarpaqlı meşәlәr, yüksәk dağlıqlarda seyrәk meşәlәr, subalp vә Alp çәmәnlәri vә dağ tundralarıdır. Minusa çuxurunda müxtәlif tip sәhra bitkilәri yayılmışdır. 14 çiçәkli bitki növü Rusiyanın Qırmızı kitabına daxil edilmişdir. Faunası: Sibir küncdişlisi, diridoğan kәrtәnkәlә, Sibir xoruzu, sidr quşu, qırmızı çölsiçanı, samur, qonur ayı, maral, bildirçin, boz dovşan vә s.; su hövzәlәrindә çoxsaylı su quşu (ördәk, qaz, qu quşu) var. Ermәni eşşәkarısı, dülgәr balarısı, adi alabalıq, 30 növ quş, 4 növ mәmәli, o cümlәdәn dağkeçisi, qırmızı canavar, qar bәbiri RF-nin Qırmızı kitabına daxil edilmişdir. Qoruq әrazisindә tәqr. 40 il müddәtindә xarici alәmlә әlaqәsi olmayan köhnә tәriqәtçilәr–Lıkovlar ailәsi mәskunlaşmışdır.










