XAKİ-KÉMPBELL – әtlik-yumurtalıq ördәk cinsi. 19 әsrdә B. Britaniyada quşçu Kempbell (Campbell) tәrәfindәn yetiş dirilmişdir. Yerli ördәklәrin qaçağan vә Ruan ördәyi ilә çarpazlaşdırılmasından alınmışdır. Gövdәsi silindrik formada olur. Rәngi qәhvәyi-bozdur. Kütlәsi 2–2,2 kq olur. İldә 180–220 yumurta verir. Yumurtası 80 qdır. B.Britaniya, Niderland vә s. ölkәlәrdә yetişdirilir. Aynalı ördәklәrin yetişdirilmәsindә istifadә olunur.
Xaki-Kempbell ördәk cinci.










