XÁKKA DİLİ – çinlilәrin xakkalar sub etnik qrupunun dili. Çindә, әsasәn, Quandun әyalәtinin şm.-ında, Szyansi әyalәtinin c.-un da, Futszyan әyalәtinin c.-q.-indә, hәmçinin Malayziya, Tayvan, Yaponiya, Sinqapur, Filippin, İndoneziya, Hindistan, Mavriki, CAR, Surinam vә b. әrazilәrdә yayılmışdır. Bu dildә danışanların ümumi sayı 34 mln. nәfәrdir (2016). Çin dillәrinin Çin qrupuna daxildir. Tәlәffüz xüsusiy yәtlәrinә, tonal fәrqlәrә әsaslanan şivәlәr mövcuddur.










