XAKSARİLƏR (خاکساریه ) – mirheydәriyyә tәriqәtinin (bax Heydәriyyә) davamı olan sufi qardaşlığı üzvlәri. Cәlaliyyә şeyxlәrindәn Qulamәli Şahın İrana gәlişindәn sonra cәlali vә heydәri sufi әnәnәlәrinin sintezi nәticәsindә formalaşmış xaksarilik Hindistanın cәlaliyyә-sührәvәrdiyyә tәriqәtindәn ayrılmış müstәqil qol kimi sәciyyәlәndirilir. X. Qacarlar dövründә aktiv fәaliyyәt göstәrmişlәr. Əsas mәrkәzlәri Tehran, Mәşhәd vә Şiraz idi. Rza Şah Pәhlәvinin [1925–41] islahatları ilә razılaşmadıqlarına vә heydәrilәri dәstәklәdiklәrinә görә tәqiblәrә mәruz qalmış, tәdricәn әvvәlki nüfuzlarını itirmişlәr.
H. sәlәfi olduqları tәriqәtlәrin görüşlәrindәn ibarәt sinkretik tәlim yaratsalar da, müstәqil nәzәri doktrina irәli sürmәmişlәr. Onların inanc sistemindә әhli-hәqq vә fütüvvәt ardıcılları ilә dә yaxınlıq var. X.-in iye rarxiyasının başında qütb durur, ondan aşağıda isә ardıcıllıqla pir, xәlifә, dәrviş vә mürid gәlir. X. 7 mәrhәlәli inisiasiya keçirlәr. Hazırda İranda X. var.










