XAQANİ (1996 ilәdәk Layış) – Azәrb. Resp.-nın Göygöl r-nunda kәnd. Xaqani ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 16 km şm.-q.-dә, Gәncә-Qazax düzәnliyindәdir. Əh. 2004 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, uşaq bağçası, poçt, EATS, tibb vә baytarlıq mәntәqәsi var.










