XALAZOQÁMİYA (yun. χάλαζα – dolu dәnәsi, bәrkimә, tәpәcik vә γάμος – nigah) – mayalanma zamanı toxum başlanğıcının bazal hissәsi – xalaza vasitәsilә tozcuq borusunun rüşeym kisәsinә daxil olması. X. örtülü toxumlu bitkilәrin tәkamül cәhәtdәn daha çox inkişaf etmiş qruplarına xasdır.










