XALÇA MUZEYİ, A z ә r b . M i l l i X a l ç a M u z e y i – dünyada ilk xalça muzeylәrindәn biri. Bakıdadır. 1967 ildә L.H.Kәrimovun tәşәbbüsü ilә yaradılmış, 1972 ildә İçәrişәhәrdә yerlәşәn 19 әsr memarlıq abidәsi Cümә mәscidinin binasında açılışı olmuşdur. 1967–1993 illәrdә Azәrb. xalçası vә Xalq Tәtbiqi Sәnәti Dövlәt Muzeyi, 1993–2014 illәrdә L.Kәrimov ad. Azәrb. xalçası vә Xalq Tәtbiqi Sәnәti Dövlәt Muzeyi, 2014–19 illәrdә Azәrb. Xalça Muzeyi adlanmışdır; 2019 ildә Milli Xalça Muzeyi statusu verilmişdir. Muzeyin kolleksiyasında Azәrb.-ın Quba, Bakı, Şirvan, Gәncә, Qazax, Qarabağ vә Tәbriz klassik xalça mәktәblәrinә mәxsus 17–20 әsrlәrә aid xalçalar saxlanılır. Bunlar azәrb. sәnәtkarlar tәrәfindәn әl ilә toxunulmuş ornamental vә süjetli xovlu (xalça, xalı, dәstxalı-gәbә) vә xovsuz (palaz, kilim, şәddә, vәrni, zili, cecim, sumax, ladı) xalça nümunәlәri, elәcә dә müxtәlif xalça mәmulatından (çul, mәfrәş, heybә, xurcun, yәhәr qaşlığı vә s.) ibarәtdir. Quba xalçaçılıq mәktәbinә mәxsus “Pirәbәdil”, “Qımıl”, “Sırt-Çiçi” vә s. “Xilә-Buta”, “Novxanı”, “Fatmayı” vә s. Bakı xalçaları, “Muğan”, “Şilyan” kimi Şirvan xalçaları, Qarabağ xalçalarından “Xanlıq”, “Malıbәyli”, “Lәmpә” vә s., “Faxralı”, “Şıxlı”, “Borçalı”, “Qaçagan”, “Qәdim Göyçә”, “Dәmirçilәr” kimi Gәncә vә Qazax xalçaları, (“Sәrabi”, “Əfşan”, “Lәçәktürünc” vә s.) Tәbriz xalçaları, muzeyin qiymәtli eksponatlarındandır. Muzey özündә 7 kolleksiyanı birlәşdirir: “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça mәmulatları”, “Bәdii metal”, “Keramika, şüşә, ağac, kağız”, “Parça, geyim, tikmә” vә “Zәrgәrlik mәmulatları”. Muzeyin ekspozisiyasında toxuculuğun müxtәlif üsulları, 10-dan artıq toxuma növü nümayiş etdirilir. 1985 ildәn muzeyin Şuşa filialı fәaliyyәt göstәrir. X. m.-nin yeni binası Bakıda Dәnizkәnarı Milli Parkda yerlәşir (memar Frans Yants, Avstriya), açılışı 2016 ildә olmuşdur. Milli irsin tәbliği mәqsәdilә muzey Fransa, Avstriya, İsveç, Dani marka, Belçika, Türkiyә, Hindistan, Yaponiya, İsrail, Böyük Britaniya, Kuba, İran, Hollandiya vә s. ölkәlәrdә sәrgilәr tәşkil etmişdir.

Azәrbaycan Milli Xalça Muzeyi. Bakı.










