XALDAN – Azәrb. Resp.-nın Yevlax r-nunda kәnd. Xaldan ә.d.-nin (Xaldan, Quşçu, Yuxarı Salamabad kәndlәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 16 km şm.-ş.-dә, Əlican çayının sahilindә, düzәnlikdәdir. Əh. 2193 (2019); әkinçilik vә heyvandarlıqla mәşğul dur. Tam orta mәktәb, ümumi orta mәktәb, uşaq musiqi mәktәbi, 2 uşaq bağçası, kitabxana, klub; Ailә Sağlamlıq Mәrkәzi fәaliyyәt göstәrir.
Kәndin әvvәlki adı Ərәş olmuş, 19 әsrin 20-ci illәrindә Cәnubi Azәrbaycanın Urmiya mahalından köçüb gәlmiş vә özlәrini “xalde” adlandıran aysor ailәlәrinin burada mәskunlaşmasından sonra X. adlandırılmışdır. Kәnddә antik dövrә aid nekropol var.










