Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XÁLXA 
    XÁLXA (monqol dilindә xalx – qalxan, örtülü yer) – Monqolustanın tarixi vilayәtlәrindәn biri. Əvvәllәr Dayan xan (tәqr. 1480– tәqr. 1517, digәr mәlumatlara görә 1543 ilәdәk) tәrәfindәn yaradılmış Batı-Munke dövlәtindәki 7 tümәndәn (tayfadan) birinin adı. X. tümәni Dayan xanın kiçik oğlu Geresendzeyә (tәqr. 1513–48) irsәn verilmişdi. Geresendzenin torpaqları qardaşlarının mülklәrinә (onlardan Daxili Monqolustan formalaşmışdır) nisbәtәn daha böyük, eyni zamanda sәrt iqlim şәraiti vә Çinlә sәrhәdinin olmaması sәbәbindәn az mәhsuldar idi. X. Geresendzenin yeddi oğlu arasında bölünmüş, xanlıqların parçalanması sonrakı illәrdә dә davam etmişdir. 16 әsrin sonların da X.-ya buddizm nüfuz etdi. Geresendzenin nәvәsi Abatay xan 1585/86 ildә Monqolustanda Erdeni-dzu adlı ilk buddist mәbәdini inşa etdirdi, onun nәvәsi Dzanabadzar (1635–1723) isә X. buddist icmasının başçısı – I Boqdo-gegen elan olundu. 16 әsrin ikinci yarısından X. oyratların mütәmadi hücumlarına mәruz qalırdı. X. bahadırlarının dağınıq qüvvәlәri layiqli müqavimәt göstәrә bilmirdilәr. 1691 ildә Dalaynor gölü yaxınlığında keçirilәn X. bahadırları vә ruhanilәrin qurultayında mancur Sin imperiyasının hakimiyyәtini qәbul etmәk qәrara alındı. X. xanların başçılıq etdiyi 3 aymaka vә dzasaqların idarә etdiyi 34 xoşuna bölündü. 1725 ildәn aymakların sayı 4, xoşunların sayı 53 idi, 1765 ildә isә xoşunların sayı 86-ya çatdı. Xanlar vә dzasaqlar real hakimiyyәtә malik deyildilәr. Hakimiyyәt Pekinin tәyin etdiyi mәmurların әlindә idi. Var-dövlәti vә nüfuzu bahadırlardan üstün olan boqdo-gegen X.-nın başçısı kimi tanınırdı. X. Çindәn daha uzaqda yerlәşdiyinә görә Daxili Monqolustana nisbәtәn çinlәşmәyә az mәruz qalırdı. Monqol milli azadlıq inqilabı (1911) zamanı X. bahadırları Rusiya imperiyasının dәstәyi ilә Monqolustanın müstәqilliyini elan etdilәr. Yeni dövlәtin başçısı VIII Boqdo-gegen oldu. Bu dövlәtin әsasında sonralar Monqolustan Xalq Resp. vә indiki Monqolustan yarandı.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 