XALXAL – keçmişdә rәqqasәlәrin topuğa keçirdiklәri bәzәk әşyası. Qolbağa bәnzәyәn X. qızıl, yaxud gümüşdәn hazırlanır vә kiçik zәnqirovlarla sıralanırdı. Rәqqasә oynayәrkәn X.-ın zәnqirovlarını rәqsin hәrәkәtlәrinә hәmahәng sәslәndirir vә müәyyәn ritm yaradırdı. Şәrq ölkәlәrindә, xüsusilә Hindistanda rәqqasәlәr arasında geniş yayılmışdır. X.-dan Azәrb.-da da istifadә olunmuşdur.










