XALXALAR, x a l x a l ı l a r, x a l x a m o n q o l l a r – monqol xalqlarının әn böyük qrupu, Monqolustanın әsas әhalisi. Sayları 2 mln. nәfәrdәn çoxdur (2010). Əsasәn, Monqolustanın mәrkәzi, cәnub vә şәrq aymaklarında, hәmçinin ÇXR-in Daxili Monqolustan muxtar r-nunda (3 min nәfәr), RF-nin Monqolustanla sәrhәdyanı vilayәtlәrindә (tәqr. 3 min nәfәr), Özbәkistanda (1 min nәfәr) yaşayırlar. Altay dil ailәsinin monqol qrupuna aid xalxa dilindә danışırlar. 13 әsrdә yaranmış uyğur qrafikası әsasında qәdim monqol yazı sistemini 1945 ildәn rus әlifbası әvәz etmişdir. Dindarları buddist-lamaistlәrdir.
Ehtimal ki, 16 әsrin ortalarında Şimali Monqolustan (indiki Monqolustan әrazisinin әsas hissәsi) әrazisini bildirmәk üçün xalxa toponimi meydana gәlmiş, sonralar bu regionun әhalisini ifadә edәn etnonim kimi tәsbit olunmuşdur. 17–18 әsrlәrә aid monqol salnamәlәrindә 12 xalxa nәslinin adı çәkilir, onlardan 16 әsrdә Geresendzenin hakimiyyәtindә olan 7 nәsil X.-ın әcdadları olmuşlar. X.-ın tәrkibinә monqol (bör çiginlәr, xotoqoytlar, dariqanqalar, xorçinlәr, çaharlar, üzemçinlәr) vә qeyrimonqol (tanqutlar, sartullar vә b.) mәnşәli etnik elementlәr daxildir. Monqolustanın digәr etnik vә etnoqrafik qrupları (derbetlәr, bayatlar, minqatlar, darxatlar, xamniqanlar, xotonlar vә b.) onların әtrafında birlәşir. X.-ın maddi vә mәnәvi mәdәniyyәtlәri Monqolustanın digәr monqol xalqları ilә eynidir.
Ənәnәvi geyimli xalxalar. 20 әsrin әvvәli.










