XALXİN-QOL – Monqolustan vә Çindә çay. Uz. 233 km, hövzәsinin sah. 17 min km2-dir. Böyük Xinqanın q. yamaclarından başlanıb dar dәrә ilә axır. Düzәnlikdә iki qola ayrılır. Sol qolu Buir-Nur gölünә, sağ qolu isә Buir-Nur vә Dalaynor göllәrini birlәşdirәn Orçun-qol çayına tökülür. Yağış suları ilә qidalanır. Yayda daşır. Ortaillik su sәrfi 25 m3/san.










