XALIKEŞAN NEKROPOLU – Azәrb. Resp. Ordubad r-nunun (Nax. MR) Sabirkәnd vә Kәlәntәr Dizә k.-lәri yaxınlığında e.ә. 2-ci minilliyin sonu – 1-ci minilliyin әvvәllәrinә aid arxeoloji abidә. Ş.–q. istiqamәtindә daşdan hörülmüş trapesiya formalı bir sıra sәrdabadan vә şm.-q. tәrәfdә yerlәşәn dördkünc formalı qurbangahlardan ibarәtdir. Sәrdabalardan qara boz vә çәhrayı rәngli keramika mәmulatı, tunc silah, tuncdan vә daşdan düzәldilmiş bәzәk әşyaları tapılmışdır. Geniş yayılmış Boyalı qablar mәdәniyyәti bu dövrdә tәnәzzül etmişdir.










