XALIQOV Əbdül Süleyman oğlu (24.1.1915, Amur vil.-nin Blaqoveşşensk ş. –30.7.1996, Bakı) – Azәrb.-ın hәrbi xadimi, gen.-m. (1974). SSRİ Dövlәt Tәhlükәsizliyi Komitәsi (DTK) orqanlarının fәxri әmәkdaşı (1964), Azәrb. SSR әmәkdar hüquq şünası (1980). Azәrb. Dövlәt Un-tinin hüquq fakültәsini bitirmişdir (1953). Şamaxı r-nunun Nabur k.-ndә orta mәktәbi bitirdikdәn sonra k-zda işlәmişdir. 1934 ildә sovet ordusuna çağırılmış, Azәrb. diviziyasının 77-ci artilleriya alayında xidmәt etmiş, bölmә komandiri, taqım vә batareya komandirinin kömәkçisi olmuşdur. 1936–41 illәrdә Şamaxı r-n milisindә, 1941 ildәn Azәrb. SSR Nazirlәr Soveti yanında DTK orqanlarında işlәmiş, Kürdәmir vә Yevlax r-nları şöbәlәrinin rәisi (1943–52) olmuş, 1952 ildәn DTK-nın mәrkәzi aparatında çalışmışdır (1970–85 illәrdә Azәrb. DTK sәdrinin müavini olmuşdur). Lenin ordeni, Qırmızı Bayraq ordeni, 2 Qırmızı Ulduz ordeni, Laos dövlәtinin “Qızıl fil” ordeni ilә tәltif edilmişdir. Bakıda, 1-ci Fәxri Xiyabanda dәfn olunmuşdur.











