Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XALIQOV Qәzәnfәr Əlәkbәr oğlu 
    XALIQOV Qәzәnfәr Əlәkbәr oğlu (16.12.1898, Bakı yaxınlığındakı Qobu k.–1.3.1981, Bakı) – Azәrb. rәssamı. Azәrb. SSR xalq rәssamı (1973). Azәrb. Dövlәt Rәssamlıq Texnikumunu bitirmişdir (1928). Boyakarlıq, qrafika vә teatr rәssamlığı sahәsindә fәaliyyәt göstәrmişdir. Yaradıcılığının erkәn dövründә “Molla Nәsrәddin” (1929–30) jurnalı vә “Gәnc işçi” (1923–39) qәzeti üçün karikaturalar çәkmişdir. “Qadınlar şöbәsi” (1930), “Firdövsinin dәfni” (1934), “Çoban Cümşüdün portreti” (1938), plakatlar vә kitab illüstrasiyaları rәssamın 1930-cu illәr yaradıcılığına aiddir. Nizami Gәncәvinin 800 illiyi ilә әlaqәdar dahi şairin portretini (1940; yubiley ilә әlaqәdar müsabiqәnin birinci mükafatı) yaratmış, “Xosrov vә Şirin” poemasına illüstrasiyalar (1941) çәkmişdir. Böyük Vәtәn müharibәsi illәrindә (1941–45) vә müharibәdәnsonrakı dövrdә X. siyasi vә satirik plakatlar, “Kirpi” (1953–58) jurnalı üçün karikaturalar işlәmiş, dәzgah qrafikası, plakat, illüstrasiya vә monumental boyakarlıq sahәlәrindә fәaliyyәt göstәrmişdir. X. Nizami ad. Azәrb. Ədәbiyyatı Muzeyinin, Moskvada Ümumittifaq k.t. sәrgisindә Azәrb. SSR pavilyonunun vә Buzovnada neftçilәrin mәdәniyyәt sarayının interyer tәrtibatının müәlliflәrindәndir. X. teatr vә kino rәssamlığı sahәsindә dә fәaliyyәt göstәrmiş, “Koroğlu” (1937, Ü.Hacıbәyli), “Şahsәnәm” (1938, R.Qlier) operalarının, “Sehrli xalat” (1964, rej. Ə.Atakişiyev), “Nәsimi” (1973, rej. H.Seyidbәyli) bәdii filmlәrinin geyim üzrә rәssamı olmuşdur. Qırmızı Əmәk Bayrağı vә “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.
    Əd.: Н а д ж а ф о в М. Казанфар Халыков, Б.,1978.
    Q.Ə. Xalıqov. “Firdövsinin dәfni”. 1934. Azәrbaycan Milli İncәsәnәt Muzeyi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 