Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XALİD İBN VƏLİD 
    XALİD İBN VƏLİD (, Ə b u S ü l e y m a n S e y f u l l a h X a l i d i b n V ә l i d ә l - M ә x z u m i ә l - Q u r ә ş i (tәqr. 584, Mәkkә – 642, Suriya, Homs) – әrәb sәrkәrdәsi. Atası qureyş qәbilәsinin nüfuz sahiblәrindәn idi. X.i.V. islamdanәvvәlki döyüşlәrdә qureyşilәrin süvari dәstәlәrinә başçılıq etmişdir. Bәdr döyüşü (624), Uhud vuruşması (625) Xәndәk vuruşmasında (627) müsәlmanlara qarşı döyüşmüşdür. Hüdeybiyyә sülhündәn (628) sonra islamı qәbul etmiş, Mütә döyüşü (629), Huneyn vuruşması (630) Tәbuk vuruşmasında (630) islam cәbhәsindә olmuşdur. Riddә hadisәlәri (632–633) zamanı Əbu Bәkr [632–634] qiyamları yatırmağı ona tapşırmışdı; bu hadisәlәrdә X.i.V. xüsusi amansızlıq göstәrmişdir.
    Qiyamlar yatırıldıqdan sonra Əbu Bәkr onu Sasanilәrә qarşı vuruşan Müsәnna ibn Harisәyә kömәk üçün Yәmamәdәn İraqa göndәrdi. Bununla İraqda Sasanilәrә, daha sonra Suriyada Bizansa qarşı açılmış iki cәbhәdә X.i.V.-in komandanlığı ilә әrәb istilaları başladı. X.i.V. İraqda Übüllә (indiki Bәsrә yaxınlığı), Hürmüzcerd, Ülleys, Hirә, Baniqiya (indiki Nәcәf әrazisi), Ənbar, Aynüttәmr kimi mühüm şәhәrlәri fәth etdi. Bundan sonra Əbu Bәkrin göstәrişi ilә komandanlığı Müsәnnaya tapşırıb Şama getdi. Cizyә ödәmәkdәn boyun qaçıran Dumәtül-Cәndәl (indiki Sәudiyyә Ərәbistanının şm.-ında yerlәşirdi) hakimi Ukeydir ibn Əbdülmәliki öldürәrәk şәhәri әlә keçirdi. 634 il aprelin 23-dә Mәrc-Rahitdә (Dәmәşq yaxınlığı) xristian Qәssanilәri mәğlub etdi. Əbu Übeydә vә b. ilә birlәşәrәk Bosranı mühasirәyә aldı. Qısa müddәtdә şәhәri vә әtraf Havran bölgәsini tutdu. X.i.V.-in komandanlığı altında birlәşmiş islam ordusu imperator I İraklinin qardaşı Teodorun başçılıq etdiyi Bizans ordusunu Əcnadeyndә (Fәlәstin) mәğlubiyyәtә uğratdı (634, 30 iyul). Bizanslıları tәqib edәn X.i.V. 635 il yanvarın 23-dә Filh (Pella, indiki İordaniya) vuruşmasında qalib gәldi. Bizanslıları tәqib edәrәk 635 ilin iyulunda Dәmәşqi әlә keçirdi. Suriyada Bizans ordusu ilә hәlledici Yәrmuk vuruşmasında (636) da qәlәbә qazandı. X.i.V. әlә keçirdiyi qәnimәti bölüşdürdüyünә görә xәlifә Ömәr ibn Xәttab 638 ildә onu komandanlıqdan uzaqlaşdırdı, yerinә Əbu Übeydәni tәyin etdi. Onun komandanlığı altında X.i.V. Bәәlbәk, Bәqa (hәr ikisi indiki Livan), Homs, Qınnәsrin (X a l k i d a) vә Hәmanı (hәr üçü indiki Suriya) tutdu. Əbu Übeydәnin vәfatından (639) sonra başqa komandanın tabeliyinә keçmәyәn X.i.V. Homsda dәfn edilmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 