XALİD İBN YƏZİD (
) (661–668 illәr arası – 704, Suriya, Homs) – Əmәvi şahzadәsi, әlkimyaçı. Xәlifә I Yәzidin oğludur. Qardaşı II Müaviyәnin vәfatından (683) sonra xәlifә seçkisi zamanı gәnc olduğundan kәnarda qalmış, ömrünün sonunadәk Homsun valisi olmuşdur.
H. ibn Y. islam tarixindә әrәb dilinә tәrcümәlәrin banisi vә әlkimyaçı kimi tanınır. O, İsgәndәriyyәli rahib Marianı (Marianos Romenus) Suriyaya dәvәt edәrәk, әlkimyaya dair әsәrlәri yunan vә qibti dillәrindәn әrәbcәyә tәrcümә etdirmәyә başlamış, özü dә ondan әlkimyanı mükәmmәl öyrәnmişdi. Marianın müәllimi Stafona da astronomiya, kimya vә tibbә dair әsәrlәri tәrcümә etdirmişdir. Mәnbәlәrdә müәllifliyinin X.ibn Y.-ә aid olduğu dәqiq bilinәn 8 әsәrin adı çәkilir. Ən mühümlәri “Kitab firdövsil-hikmә” (“Hikmәt bağçası kitabı”) vә “Risalәfil-kimya”dır (“Kimyaya dair risalә”).










