XALİDƏ Ziya Rәhman bәyim (d.15.8. 1945, Şәrqi Benqaliya, Dinacpur) – Banqladeş siyasi xadimi. Biznesmen ailәsindәndir. 1960 ildә Banqladeşdәki hәrbi çevrilişә (1975) başçılıq edәn, 1977 ildәn ölkәnin prezidenti olan Ziya ür-Rәhmanla ailә qurmuşdur. Onun qәtlinәdәk (1981) ölkәnin birinci xanımı idi. 1984 ildә mәrhum әrinin yaratdığı Millәtçi partiyasının rәhbәri olmuşdur. Gen. H.M.Ərşadın hәrbi rejminә müxalif mövqedә idi. 1991–96 vә 2001–06 illәrdә Banqladeşin baş naziri olan X. Hindistanla iqtisadi әlaqәlәri zәiflәdәrәk Pakistan vә digәr islam ölkәlәri ilә әlaqәlәri genişlәndirmәyә yönәlmiş siyasәt yeritmişdir. Hazırda Hasina Vazed hökumәtinә müxalifәtdәdir.










