XALİSA – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) aran hissәsindә azәrb.-ların yaşadığı kәnd. 1918–20 illәrdә kәnd ermәni-daş nak hücumları nәticәsindә dağıdılmış, yandırılmış, әhalisi qәddarlıqla qovulmuşdur. Bölgәdә sovet hakimiyyәt qurulduqdan sonra kәndin qaçqın әhalisinin bir hissәsi geri qayıtmış vә kәnddә yenidәn mәskunlaşmışdır. 1953 ildә әhalisinin bir hissәsi Azәrb.-a deportasiya olunsa da, tezliklә onlar geri qayıtmışlar. 1988 ildә bütün azәrb. әhalisi yenidәn buradan qovulmuşdur. 9.4.1991 ildә kәndin adı dәyişdirilәrәk Norakert qoyulmuşdur.










