XALİSƏQARIZADƏ Əbdülqәni Mәhәmmәd Əfәndi oğlu Nuxәvi (8.3.1817, Şәki – 17.5.1879, Şәki) – Azәrb. әdәbiyyatşünası, pedaqoq, mәtnşünas. Şәki şәhәrinin qazısı olmuşdur. Maarifçilik fәaliyyәti göstәrmiş, kitabxana tәşkil etmişdir (kitabxana 20 әsrin 30-cu illәrindә bolşeviklәr tәrәfindәn yandırılmışdır). İlk tәhsilini Şәki mәdrәsәlәrin dә almış, daha sonra Türkiyәdә davam etdirmişdir. Şәkiyә qayıtdıqdan sonra elmi vә pedaqoji fәaliyyәtә başlamış, “Yüz yeddi rәng” (“Sәdo hәft rәng” ), “Xoş xәtt”, “Fars dilinin danışıq risalәsi”, “Tәqvim” (“Ruznamә”) vә s. әlyazma topluları әsasında elmin müxtәlif sahәlәrinә aid dәrsliklәr hazırlamışdır. “Ərlәrin әhvalı haqqında risalә”, “Otuz fәrz”, “Mәnasik әlhәcc”, “Cavahirul-kәlam”, “Haşiyә alә әdәbül-bәhs”, “Haşiyә alә hәdaiqud-dәqaiq” vә s. әsәrlәrin müәllifidir. Azәrb. MEA Əlyazmalar İn-tunda 1000-dәn çox әlyazması vә imzaladığı tarixi sәnәdlәr saxlanılır. Mәtnşünaslığın inki şafında xidmәtlәri var.
Əd.: Kamandar Şәrifli. Əbdülqәni Nuxәvi Xalisә -qarızadә. B., 2002; y e n ә o n u n, Mәtnşünaslığın әsasları. B., 2003.










