XALKİDONLULAR – İsa Mәsihin ikili tәbiәti haqqında dini tәlimin tәrәfdarları. “X.”-ın adı Xalkidon ş.-nin (İstanbulda indiki Kadıköy r.-nu) adı ilә bağlıdır; orada 451 ildә monofizitizmi pislәyәn, vahid üqnumu vә İsa Mәsihin ikili (İlahi vә bәşәri) tәbiәtini tәsbit edәn IV Ümumdünya kilsә mәclisi keçirilmişdir. Mәclis Roma imperiyası әhalisinin dini vәhdәtini möhkәmlәtmәk mәqsәdi daşısa da, onun işi mövcud dini ziddiyyәtlәri kәskinlәşdirdi vә xristianlar mәclisin qәrarını qәbul edәn X.-a vә öz tәlimlәrini qorumaqda israrlı olan monofizitlәrә bölündü.










