XALKÓZ (yun. χαλκός – mis + osis) – metallozun bir növü; mis birlәşmәlәrinin toxumalarda toplanması nәticәsindә baş verir. Əsasәn, gözün X.-u tәsadüf edilir. Gözün X.-u tәrkibindә mis olan yad cisimlәrin gözә düşmәsi nәticәsindә mis birlәşmәlәrinin göz toxumalarında toplanmasıdır. Göz toxumalarında olan mis aseptik iltihabi proses törәdәrәk, sonralar irinli xarakter alır. Mis qırıntılarının gözdә uzun müddәt qalması ionlaşmış misin vә onun birlәşmәlәrinin tәdricәn әtraf toxumalara keçәrәk hәqiqi X.-un kliniki mәnzәrәsinin inkişaf etmәsinә sәbәb olur. Bu zaman buynuz qişanın dәrin qatlarında mavi-yaşılımtıl rәngdә tozşәkilli çöküntülәr meydana çıxır. Oxşar çöküntülәr buynuz qişanın arxa sәthindә vә göz almasının ön kamerasının sulu hissәsindә asılı vәziyyәtdә tәsadüf edilә bilәr. Əgәr gözün qüzehli qişası açıq rәnglidirsә, onun rәngindә yaşılımtıl çalara qәdәr dәyişikliyin meydana çıxması mümkündür (qüzehli qişa tünd rәngli olduqda belә dәyişiklik hiss olunmaya bilәr). X. zamanı dәyişikliklәrin olması göz bülluru üçün daha sәciyyәvidir: göz büllurunun fokus (yәni yandan) işıqlandırmaqla müayinәsi zamanı günәbaxan gülünü xatırladan özünәmәxsus şәkil olur (mәrkәzdә disk vә ondan radial istiqamәtdә lәçәkciklәr çıxır). Bu, göz büllurunun quruluş xüsusiyyәtlәri vә misin onun lif qrupları arasında çökmәsi ilә şәrtlәnir. Çökmә, adәtәn, büllurun ön sәthindә kapsulun altında yerlәşir. Büllurun keçәn işıq da oftalmoskopiyası zamanı o, şәffaf, yәni psevdokatarakta mәnzәrәsini xatırladır. Gözün biomikrokopiyası zamanı tozşәkilli maviyaşılımtıl çöküntü şüşәyәbәnzәr cisimdә vә adәtәn onun destruksiyası ilә birgә aşkar oluna bilәr. Misin tor qişada çökmәsi nadir hallarda müşahidә olunur. Gözün X.-unun m ü a l i c ә s i zamanı әks-işarә ilә ionizasiya proseduru aparılır.










