XALKOZİN (qәdim yun. χαλκός – mis) – sulfidlәr sinfinә aid mineral – Cu2S. Monoklinik sinqoniyada, 105°C-dәn yuxarı temp-rda isә heksaqonal sinqiniyada kristallaşır. Kristalları nadirdir, adәtәn narındәnәli aqreqatlar әmәlә gәtirir. Rәngi qurğuşunu-bozdur. Metal parıltılıdır. Sәrtliyi 2,5–3; sıxlığı 5500–5800 kq/m3. Kövrәkdir, elektrikkeçiricidir. Mis filizidir. Ən böyük sәnaye yığımları mis filizlәrinin oksidlәşmә zonaları ilә әlaqәdardır. Yataqları ABŞ, Çili, İngiltәrә, AFR, Qazax., Özb.-da mәlumdur. Azәrb.-da X.-ә, әsasәn, kolçedan, mis vә molibden-porfir, qızıl yataqlarının törәmә sulfidlәrlә zәnginlәşmә zonasında rast gәlinir.

Xalkozin.










