Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XALQ CƏBHƏSİ
    XALQ CƏBHƏSİ – müәyyәn sosial vә siyasi mәqsәdlәr uğrunda mübarizә üçün geniş xalq kütlәlәrinin tәşkilatlandırılma forması, hәmçinin bir sıra ölkәdә seçkiqabağı vә iqtidar bloklarının adı.
    İlk dәfә X.c. 1930-cu illәrdә Almaniyada faşistlәrin hakimiyyәtә gәlmәsi, İspaniya, Fransa vә digәr ölkәlәrdә sağ partiyaların aktivlәşmәsi, hәrbi tәhdidlәrin artması şәraitindә meydana çıxdı. Georgi Mixaylov Dimitrov Kominternin 7-ci konqresindә söylәdiyi (25.7–20.8.1935, Moskva) “Faşizmin hücumu vә faşizmә qarşı fәhlә sinfinin birliyi uğrunda mübarizәdә Kommunist internasionalının vәzifәlәri” adlı mәruzәdә ilk dәfә X.c. (o dövrdә faşizmә vә müharibәyә qarşı, hәmçinin demokratiya vә sosial yenidәnqurma uğrunda
    mübarizәdә geniş ictimai qüvvәlәrin birliyi) siyasi hәrәkatının nәzәri әsaslandırılmasını mükәmmәl şәkildә tәqdim etmişdir.
    Fransada sağ vә ifrat sağ siyasi partiyaların (“Akson fransez”, “Alovlu xaçlar” vә s.) konsolidasiyası vә onların 6.2.1934 ildә Fransa parlamentini әlә keçirmәk cәhdinin iflası bu ölkәdә X.c.-nin formalaşması üçün әsas yaratdı. Buna cavab olaraq, Fransa Sosialist Partiyası (FSP) vә Ümumi Əmәk Konfederasiyası 24 saatlıq ümumxalq tәtilinә çağırış etdilәr. Fransa Kommunist Partiyası (FKP), ona yaxın olan Unitar Ümumi Əmәk Konfederasiyası (UÜƏK), hәmçinin Respublika Radikallar vә Radikal-Sosialistlәr partiyasının (RRRSP) nümayәndәlәri, elm vә mәdәniyyәt xadimlәri bu çağırışa qoşuldular. Tәtil fevralın 12-dә baş tutdu, “Fәaliyyәt birliyi uğrunda!” vә “Faşizmә yox!” şüarlarını irәli sürәn 4,5 mln. nәfәr insan eyni vaxtda işi dayandırdı. Tәtildәn sonra fәaliyyәt birliyi Fransanın sol qüvvәlәri üçün әsas mәsәlә oldu. 1934 ilin mayında FSP-nin Tuluzada keçirilmiş növbәti qurultayında proletarların fәaliyyәt birliyi vә fәhlә sinfinә mәxsus hәmkarlar ittifaqları ilә siyasi tәşkilatların sıx әmәkdaşlığı әsasında kütlәvi antifaşist hәrәkatının tәşkilinә dair qәrar qәbul edildi. Fransa kommunistlәri dә yeni strategiya vә taktika yolunu tutdular. 1934 ilin iyununda keçirilәn partiya konfransında FKP-nin baş katibi M.Torez faşizmlә mübarizәni hәmin dövr üçün tәşkilatın әsas vәzifәsi elan etdi. Bu vәzifәnin hәlli üçün ölkәdәki bütün antifaşist qüvvәlәrin birlәşmәsi tәlәb olunurdu. 27.7.1934 ildә FKP vә FSP Fәaliyyәt birliyi haqqında pakt imzaladılar. Paktı imzalayan tәrәflәr öz üzәrilәrinә faşist tәşkilatlarının qadağan olunmasına birlikdә nail olmaq, demokratik azadlıqları müdafiә etmәk, dövlәtin hәrbi hazırlıqlarına qarşı çıxmaq öhdәliyi götürürdü. E.Errionun başçılıq etdiyi RRRSP-dә sol qanadın tәsiri altında kommunitlәrlә yaxınlaşmaya münasibәt dәyişmәyә başladı. 2.5.1935 ildә Fransa ilә SSRİ arasında imzalanmış vә FKP-nin Fransa hökumәtinә qarşı tәnqidlәrini yumşaltmış Qarşılıqlı yardım haqqında müqavilә dә bu prosesә tәkan verdi. 14.7.1935 ildә Fransanın milli bayramı (Bastiliyanın alınması günü) münasibәtilә keçirilmiş kütlәvi mitinqdә (tәqr. 500 min nәfәr) RRRSP-nin nümayәndәlәri kommunistlәrә vә sosialistlәrә qoşuldular. 1936 ilin yanvarında X.c.-nin seçkiqabağı proqramı dәrc olundu. O, Fәaliyyәt birliyi haqqında paktda göstәrilәn siyasi vә iqtisadi tәlәblәri ehtiva edirdi: hәrbi sәnayenin millilәşdirilmәsi, әmәkhaqqının saxlanılması şәrtilә iş hәftәsinin azaldılması, işsizlәrә yardım üzrә milli fondun, taxılın alınması üzrә dövlәt bürosunun yaradılması vә s. 1936 ilin martında ölkәnin hәmkarlar ittifaqları tәşkilatları vahid qurumda birlәşdilәr. Bu, X.c.-nin qәti olaraq formalaşması demәk idi.
    Deputatlar palatasına seçkilәr (aprel – may, 1936 il) sәslәrin tәqr. 57%-ni toplamış X.c. partiyalarının qәlәbәsi ilә nәticәlәndi: FSP 149, RRRSP 109, FKP 72 yer qazandı. FSP-nin rәhbәri L. Blüm nazirlәr kabinetinin sәdri oldu. Sosialistlәrdәn başqa, RRRSP-nin nümayәndәlәri dә hökumәtin tәrkibinә daxil idilәr. Kommunistlәr kabinetdә tәmsilçilikdәn imtina etsәlәr dә, X.c.-nin proqramına uyğun gәlәcәyi tәqdirdә onun siyasәtini dәstәklәyәcәklәrini bildirdilәr. X.c.-nin seçkilәrdә qәlәbәsi tәtil hәrәkatının yüksәlişinә sәbәb oldu. Fәhlәlәr zavod vә fabriklәri tutur, öz iqtisadi tәlәblәrinin (әmәkhaqqının artırılması, kollektiv müqavilәlәrin bağlanması, iş gününün qısaldılması vә s.) yerinә yetirilmәsinә nail olurdular. 1936 ilin yay ayları әrzindә bu tәlәblәrin praktikada reallaşdırılması istiqamәtindә tәdbirlәr görüldü. Hәmkarlar ittifaqları ilә Sahibkarlar konfederasiyası arasında danışıqların nәticәsi olaraq әmәkhaqqının yüksәldilmәsini (orta hesabla 7–15%, әn aşağı әmәkhaqqı 2–3 dәfә) nәzәrdә tutan vә sahibkarların üzәrinә hәmkarlar ittifaqlarının hüquqlarına hörmәtlә yanaşmaq, kollektiv müqavilәlәrә riayәt etmәk öhdәliyi qoyan Matinyon sazişi imzalandı (7.6.1936). 1936 ilin iyununda iş hәftәsinin qısaldılması (әmәkhaqqını azaltmadan 48 saatdan 40 saata qәdәr), mәcburi (hәmkarların tәlәbi ilә) kollektiv müqavilәlәrin tәtbiqi, hәmçinin ödәnişli 2 hәftәlik mәzuniyyәt haqqında qanunlar qәbul edildi. Müharibә iştirakçılarının tәqaüdlәri artırıldı, dövlәt qulluqçularının әmәkhaqqını azaldan 1935 il fövqәladә dekretlәri lәğv olundu. İşsizlәr üçün ictimai işlәr tәşkil edilirdi. Hökumәt sәnayedә, ticarәtdә vә k.t.-nda yığılmış borcların ödәnmәsini ertәlәdi. 15.8.1936 ildә kәndlilәrdәn tәsbit edilmiş qiymәtlәrlә taxıl alınmasını hәyata keçirәn Milli taxıl bürosu yaradıldı. Tәhsil sahәsinә aid qanunlarla icbari tәhsilin müddәti 13 ildәn 14 ilә qәdәr artırılır, onun inkişafına әlavә vәsaitlәr yönәldilirdi. X.c.-nin qanunvericilik sahәsindә addımları ölkә iqtisadiyyatında dövlәtin rolunu güclәndirirdi. 1936 ilin iyulunda Fransa bankında islahatlar aparıldı vә o, dövlәtin nәzarәti altına keçdi. Avqustda hökumәt hәrbi sәnayenin (aviasiya, tankqayırma) qismәn, dәmir yollarının vә bәzi kömür mәdәnlәrinin tam millilәşdirilmәsini elan etdi. Fransa müstәmlәkәlәrindә әmәkçilәrin vәziyyәti yaxşılaşdırıldı, onlar söz, mәtbuat, sәrbәst topaşmaq azadlığından istifadә etmәyә başladılar, X.c.-nin qәbul etdiyi sosial qanunvericilik onlara da qismәn şamil olundu.
    Lakin artıq 1936 ilin yayında X.c.-ndә bir tәrәfdәn sosialistlәr vә radikallar, digәr tәrәfdәn onlarla kommunistlәr arasında ciddi daxili ziddiyyәtlәr meydana gәldi. FKP-nin rәhbәrliyi F.Frankonun başçılıq etdiyi qiyamçılarla mübarizәdә İspaniya hökumәtinә yardımdan imtina etdiyinә vә İspaniyadakı 1936–39 illәr Vәtәndaş müharibәsinә münasibәtdә “daxili işlәrә qarışmama” siyasәti yürütdüyünә görә X.c. hökumәtinә narazılığını bildirdi. Kommunistlәr L.Blüm hökumәtindәn kapitala fövqәladә vergi tәtbiq etmәk vә Fransada ifrat sağ siyasi liqaların yalnız hәrbilәşdirilmiş tәşkilatlarını deyil, onların özlәrinә qarşı da qadağa qoymaq tәklifini irәli sürürdü. 1937 ilin fevralında hökumәt ağır maliyyә vәziyyәtini әsas gәtirәrәk, islahatların keçirilmәsini dayandırdı. Sağ radikal K. Şomanın hökumәti (iyun 1937 – mart 1938) X.c. siyasәtindәn tamamilә imtina etdi.
    İspaniyada X.c.-nin formalaşmasına ilkin şәrait 1934 ilin oktyabrında yarandı. 4.10.1934 ildә mәrkәzçi A. Lerrus nazirlәr kabinetinin tәrkibinә İspaniya muxtar sağçılar konfederasiyasının (İMSK) üç nümayәndәsini daxil etdi. İspaniya sosialist fәhlә partiyasının (İSFP) çağırdığı ümumxalq tәtili sol qüvvәlәrin hәmrәyliyinә, onların inqilabi komitәlәr çәrçivәsindә әmәkdaşlıq tәcrübәsi qazanmasına (ilk növbәdә, Asturiyada) yardım göstәrdi. 1935 ildә korrupsiya qalmaqalları sәbәbindәn Lerrus kabinetinin istefası nәticәsindә yaranmış siyasi böhran prezident N.Alkal Samora-i-Torresi növbәdәnkәnar parlament seçkilәri keçirmәyә mәcbur etdi. Seçkilәr әrәfәsindә 15.1.1936 ildә İSFP, Zәhmәtkeşlәrin Ümumi İttifaqı (ZÜİ), İspaniya Kommunist Partiyası (İKP), Sol Respublikaçı Partiya vә Respublikaçı İttifaqı, Sindikalist Partiya vә Marksist Birliyi Fәhlә Partiyası sol partiyaların Seçki paktını imzaladılar (X.c. haqqında Pakt kimi mәlumdur). Kataloniyanın vә Qalisiyanın sol regionalistlәri, hәmçinin Milli Əmәk Konfederasiyası paktı dәstәklәdi. X.c.-nin әsas vәzifәsi әmәkçilәrin maraqlarını müdafiә etmәk vә hakimiyyәti әlә almağa çalışan sağ qüvvәlәrә qarşı mübarizә aparmaq idi. Onun proqramı sosial islahatların keçirilmәsi, siyasi dustaqlara amnistiya verilmәsi, 1934 il repressiyasını törәdәnlәrin cәzalandırılması, mütәrәqqi gәlir vergisinin tәtbiqi, işsizlәr üçün ictimai işlәrin tәşkilini vә aqrar islahatların davamını әhatә edirdi. 16.2.1936 ildә X.c. korteslәrә keçirilmiş seçkilәrdә qalib gәldi (nümayәndәlәri seçicilәrin 34%-dәn çoxunun sәsini qazandı) vә nәticәdә onun liderlәrindәn olan M.Asanya-i-Dias hökumәt başçısı oldu. X.c.-nin qәlәbәsi onu dәstәklәmәk mәqsәdilә keçirilmiş mitinq vә nümayişlәr dalğasını doğurdu ki, bu da bәzi vilayәtlәrdә latifundiyaçı torpaqlarının kәndlilәr tәrәfindәn zәbt edilmәsi vә antiklerikal çıxışlarla (İspan kilsәsi sağ qüvvәlәri dәstәklәyirdi) nәticәlәndi. X.c.-nin uğuru vә radikal siyasi, sosial-iqtisadi yenidәnqurma tәdbirlәrinә yönәlәn xәtt götürmәsi ölkәnin sağ qüvvәlәri vә hәrbçilәrin nüfuzlu hissәsinin narazılığına sәbәb oldu. 1936 ilin iyulunda general F.Frankonun qaldırdığı qiyamla vәtәndaş müharibәsi başladı. Müxtәlif hökumәtlәrin (Asanya-i-Diasın yerinә sol respublikaçılardan S.Kasares Kiroqi vә X.Hiral, sonra isә sosialist F.Larqo Kabalyero kabinetlәri gәldi) başçılıq etdiyi respublikaçı qüvvәlәr frankoçulara vә onlara kömәyә gәlmiş Almaniya vә İtaliya qoşunlarına qarşı üç il әrzindә döyüşsәlәr dә, mәğlubiyyәtә uğradılar.
    Almaniyada nasistlәrin hakimiyyәtә gәlmәsi vә İtaliyada faşist repressiyalarının güclәnmәsi (1934) italyan sol qüvvәlәrinin konsolidasiyasına sәbәb oldu. P.Tolyattinin başçılığı altında İtaliya kommunist partiyasının (İKP) vә P. Nenninin başçılığı altında İtaliya sosialist partiyasının (İSP) mövqelәri yaxınlaşdı. 1934 ildә mühacirәtdә olan bu iki partiya arasında Fәaliyyәt birliyi haqqında 1-ci Pakt imzalandı. 1937 ilin martında rәsmi olaraq İtaliya X.c. yaradıldı. İKP vә İSP-nin üzvlәri 1936–39 illәrdә respublikaçıların tәrәfindә İspaniya vәtәndaş müharibәsindә fәal iştirak etdilәr. SSRİ ilә Almaniya arasında 23.8.1939 ildә bağlanmış Hücum etmәmәk haqqında müqavilә ilә әlaqәdar İKP vә İSP arasında yaranmış fikir ayrılığı sәbәbindәn elә hәmin ildә İtaliya X.c. dağıldı.
    1930-cu illәrdә X.c.-lәri hәmçinin bir sıra digәr dövlәtlәrdә formalaşdı. 1936 ildә Seneqalda FSP-dәn qopmuş Seneqal sosialist partiyası, FKP-nin yerli şöbәlәri, RRRSP vә İnsan hüquqları liqasının iştirakı ilә X.c. yarandı. 1936 ilin dekabrında Filippindә gizli şәraitdә fәaliyyәt göstәrәn kommunist partiyasının başçılığı altında X.c. formalaşdı vә M.L.Kesonun siyasәtinә qarşı mübarizәni özünün әsas mәqsәdlәrindәn biri elan etdi. 1936 ilin martında Çilidә radikalların, sosialistlәrin, kommunistlәrin, de mokratların partiyaları vә hәmkarlar ittifaqları birlәşәrәk X.c.-ni yaratdılar. Çili X.c.-nin proqramı әmәkçilәrin hüquq vә azadlıqlarının müdafiәsini, iqtisadiyyatda dövlәtin rolunun güclәndirilmәsini, aqrar islahatın keçirilmәsini, milli sәnayenin möhkәmlәndirilmәsi vә xarici kapitalın rolunu zәiflәtmәk istiqamәtindә tәdbirlәr görülmәsini nәzәrdә tuturdu. 1938 ilin prezident seçkilәrindә X.c.-ndәn olan namizәd Agirre Serdanın qәlәbәsi nәticәsindә radikallardan, sosialistlәrdәn vә demokratlardan ibarәt (kommunistlәr iştirakdan imtina etdilәr) X.c. hökumәti formalaşdırıldı (1941 ilin noyabrınadәk fәaliyyәt göstәrmişdir). O, sosial sahәdә bir sıra mühüm islahatlar hәyata keçirdi (әmәkhaqqının artırılması, sosial tәminat sisteminin genişlәndirilmәsi vә s.), milli sәnayenin mövqelәrini güclәndirdi, iqtisadiyyatda dövlәt sektorunu yaratdı.
    Argentinada seçkilәrdә qalib gәlmiş radikallardan, sosialistlәrdәn vә bir neçә kiçik partiyadan ibarәt parlament bloku da “X.c.” adlanırdı. O, 1936 ilin mart – sentyabr aylarında mövcud olmuş vә partiyalar arası rәqabәt sәbәbindәn dağılmışdır. Braziliyada 1935 ildә fәaliyyәt göstәrmiş Milli azadlıq alyansı da formaca X.c.-nә yaxın idi.
    X.c. siyasәtinin sonrakı inkişafı İkinci dünya müharibәsindә Müqavimәt hәrәkatı çәrçivәsindә baş vermişdir. Xüsusilә Mәrkәzi vә Cәnub-Şәrqi Avropanın bir sıra dövlәtindә yerli kommunist partiyalarının rәhbәrliyi altında öz vәzifәlәrinә görә X.c.-nә yaxınlaşan Milli cәbhәlәr yaradıldı. Çindә Yaponiya işğalçıları ilә mübarizә üçün yaradılmış bu cür tәşkilatlar 1937 ildәn mövcud idi. milli cәbhәlәr işğalçılarla vә kollaborasionalistlәrlә fәal mübarizә mәqsәdilә әhalinin vәtәnpәrvәr hissәsini öz әtrafında birlәşdirmişdi. Onlar milli müstәqillik, demokratik hüquq vә azadlıqlar, sosial tәrәqqi uğrunda mübarizә aparırdı.
    1950–70-ci illәrdә öz forma vә vәzifәlәrinә görә X.c.-nә yaxın olan siyasi birliklәr Mәrkәzi vә Cәnubi Amerikada meydana gәlmişdi. Çilidә S.Alyende Qossensin başçılığı altında bir sıra dәrin sosial-iqtisadi islahatlar hәyata keçirmiş Xalq birliyi bloku onların arasında xüsusi yer tutur.
    20 әsrin 2-ci yarısında “X.c.” termini müxtәlif siyasi partiya vә tәşkilatların adlarında istifadә olunsa da, onların mәqsәd vә vәzifәlәri 1930-cu illәrin X.c.-lәrindәn bir qәdәr fәrqlәnirdi. Mәs., 1980-ci illәrin sonlarından etibarәn Baltikayanı vә Cәnubi Qafqaz respublikalarında, Ukrayna, Moldova vә Belarusda yaradılmış X.c.-lәri әvvәlcә qarşılarına SSRİ-nin tәrkibindә milli su verenliyi möhkәmlәndirmәk, milli-mәdәni hüquqları genişlәndirmәk vә s. mәqsәdlәr qoyduğu halda, siyasi proseslәrin gedişindә insan hüquq vә azadlıqlarını tәmin etmәk, SSRİ Kommunist partiyasının siyasi inhisarından xilas olmaq, demoktarik institutların yaradılması vә son nәticәdә dinc, hüquqi vasitәlәrdәn istifadә yolu ilә SSRİ-nin tәrkibindәn çıxmaq kimi mәsәlәlәri dә proqramlarına daxil etmişdilәr.
    Azәrb.-da 1989 il iyulun 16-da Azәrbaycan Xalq Cәbhәsi (AXC) tәsis edilmiş vә Azәrb. SSR Nazirlәr Soveti 1989 il oktyabrın 5-dә onu rәsmi qeydә almışdır (bax hәmçinin “Azәrbaycan” xüsusi cildi).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 