XALQ DRAMI – bәdii xalq yaradıcılığı janrlarından biri; bu janr әsasında yaradılmış xalq tamaşaları. Mәzhәkә nağıl, dastan qaravәlli, lәtifә vә rәvayәtlәr әsasında yaradılan X.d. dini, sosial vә mәişәt mövzulu olurdu. X.d. kәskin satirik mәzmunu vә komik vәziyyәtlәri ilә başqa janrlardan fәrqlәnir. Azәrb.-da xalq adәt-әnәnәlәri, mәrasim vә bayramları ilә bağlı “Sayaçı”, “Novruz”, “Kos-sa”, “Xan-xan”, “Tәnbәl qardaş” vә s. xalq dramları geniş yayılmışdı. X.d. әnәnәlәri milli dramaturgiya vә teatrın inkişafına böyük tәsir göstәrmişdir.
Əd.: Azәrbaycan әdәbiyyatı tarixi. B. 2004.










