XALQ KONSERVATORİYASI, B a k ı X a l q k o n s e r v a t o r i y a s ı Azәrb. Dövlәt Konservatoriyasının bilavasitә sәlәfi X. k. 1920 il may ayının 25-dә resp.- nın xalq komissarlığı maarif şöbәsinin qәrarı ilә açılmışdır. Əhali arasında musiqi tәhsili vә bacarıqlarını inkişaf etdirmәkmәqsәdilә yaradılmışdı. 1962 ildә Ü.Hacıbәyli ad. Azәrb. Dövlәt Konserva toriyasının nәzdindә Bakı Xalqkon servatoriyasının fәaliyyәti bәrpa edildi. Onun yaradılmasından mәqsәd bәdii özfәaliyyәt kollektivlәrinin inkişafına kömәk göstәrmәk, elәcә dә istehsalatda çalışan qabiliyyәtli gәnclәrin musiqi tәhsili almasına şәrait yaratmaq idi. X.k.-nda bәstәkarlıq, xor dirijorluğu, vokal, fortepiano, simli alәtlәr, nәfәsli alәtlәr vә xalq çalğı alәtlәri şöbәlәri, elәcә dә estrada musiqisi, muğam vә musiqinin tarixi vә nәzәriyyәsi bölmәlәri vardı. Tәhsil müddәti 3 il olmuşdur. X.k. fәaliyyәti dövründә öz fәaliyyәt musiqi kollektivlәri üçün yüzlәrlә ixtisaslı rәhbәr kadrlar yetişdirmişdir. K.H.Kәrimov, X.H. Mәlikov, A.X.Mәhәmmәdov, F.X.Xalıqzadә müxtәlif illәrdә X.k.-nın direktoru olmuşlar. 1995 ildә bağlanmışdır.










