Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XALQ TƏSƏRRÜFATI 
    XALQ TƏSƏRRÜFATI (alm. Volkswirtschaft sözündәn) – tarixәn müәyyәn әrazidә formalaşan ictimai istehsal sistemi; ictimai әmәk bölgüsü nәticәsindә bir-birilә qarşılıqlı әlaqәdә olan mәcmu istehsal sahәlәr kompleksi; ölkә iqtisadiyyatında kollektiv vә fәrdi әmәyin bütün formalarını ehtiva edir. “X.t.” termini “ölkә iqtisadiyyatı”, “milli iqtisadiyyat” vә “milli tәsәrrüfat” ifadәlәrinin sinonimi kimi dә işlәnir.
    Tam bir fenomen kimi X.t. milli dövlәtlәrin tәşәkkülü prosesindә yaranmağa başlamış vә mәhsuldar qüvvәlәrin sürәtli inkişafı – maşınlı istehsala keçid, ictimai әmәk bölgüsünün dәrinlәşmәsi, ixtisaslaşdırılmış istehsal sahәlәrinin yaranması vә vahid milli bazarın formalaşması sayәsindә kapitalizm şәraitindә çevrilir. X.t.-nın maddi әsasını mәhsuldar qüvvәlәrin elementlәri mәcmusu tәşkil edir. Onun ilkin hәlqәsi ictimai әmәk bölgüsü çәrçivәsindә mәhsul istehsal edәn, xidmәt göstәrәn, yaxud digәr funksiyaları yerinә yetirәn müәssisәlәr, tәşkilatlardır.
    X.t.-nın әsas struktur vahidi yerlәşdiyi әrazidәn vә idarә tabeliyindәn asılı olmayaraq  sosial-iqtisadi baxımdan eyni (birbirinә yaxın) funksiyaları (mәs., sәnaye, k.t.) yerinә yetirәn müәssisәlәrin, digәr tәşkilatların mәcmusundan ibarәt sahәdir. X.t.-nın müasir sahәvi bölgüsü bu sahәlәrin yaranması vә getdikcә dәrinlәşәn differensia siyası ilә sәciyyәlәnәn ictimai әmәk bölgüsünün mürәkkәb tarixi inkişaf prosesinin nәticәsidir. Eyni sahә qrupları X.t. sferalarını tәşkil edir: istehsal vә şәxsi istehlak mәhsullarının yaradıldığı istehsal sferası (bәzәn sfera real sektor adlandırılır); müxtәlif xarakterli xidmәtlәr göstәrәn (mәs., tәhsil, sәhiyyә, mәdәniyyәt) qeyriistehsal sferası.
    X.t. vәziyyәti vә sәmәrәli fәaliyyәtinin tәhlili bir sıra mühüm makroiqtisadi göstәricilәrә әsasәn aparılır. Buraya ümumi daxili mәhsul (ÜDM), ümumi milli mәhsul (ÜMM) vә s. daxildir. Əksәr dünya ölkәlәrindә X.t. sәviyyәsinin әsas göstәricisi kimi ÜDM qәbul olunmuşdur.
    Ayrıca götürülmüş sahәnin, mәs., k.t.-nın ümumilikdә X.t. ilә qarşılıqlı tәsirinin tәhlili mühüm elmi vә praktiki әhәmiyyәtә malikdir. Belә tәhlil bir tәrәfdәn, material vә maliyyә axınlarının dövriyyәsini vә müәssisәlәrarası (tәşkilatlararası) qarşılıqlı әlaqәlәri izlәmәyә, digәr tәrәfdәn isә bu sahәnin ümumilikdә X.t.-ndan aldığı vәsait vә xidmәtlәrin mәcmusunu müәyyәnlәşdirmәyә, eyni zamanda onun ölkәnin mәcmu ÜDM-inin yaradılmasında töhfәsini qiymәtlәndirmәyә imkan verir.
    “X.t.” kateqoriyası bütövlükdә milli dövlәt miqyasında, hәm dә onun ayrı-ayrı iri inzibati-әrazi vahidlәrinin (mәs., federativ dövlәtin tәrkibindәki respublikalar, muxtar mahallar) tәhlili zamanı tәtbiq edilir.
    X.t.-nın sosial-iqtisadi xarakteristikası üçün “sektor” anlayışı mühüm әhәmiyyәt kәsb edir. S e k t o r spesifik sosial-iqtisadi, ilk növbәdә mülkiyyәt münasibәtlәri ilә sәciyyәlәnәn müәssisәlәrin, digәr tәşkilatların mәcmusundan ibarәtdir. Bu meyarlara әsasәn dövlәt, özәl kapital, kooperativ, şәxsi yardımçı tәsәrrüfatlar, ev tәsәrrüfatları sektorları fәrqlәndirilir. Statistik uçotda iri, orta vә kiçik sahibkarlıq sektorları da qeyd olunur. Sahibkarlıq fәaliyyәtini bu, yaxud digәr sektora aid etmәk üçün çox vaxt kapital dövriyyәsi, çalışan işçilәrin sayı, mәnfәәt vә satış hәcmlәri müqayisә edilir. Belәki, 1-dәn 50-yә qәdәr işçisi olan müәssisә kiçik, 500-ә qәdәr işçisi olan orta, bir neçә min işçisi olan müәssisәlәr iri biznesә aid edilir.
    X.t.-nın sәviyyәsini onun dәyişmәsinin әsas tendensiyalarını müәyyәnlәşdirmәk, sahә vә sferalarının inkişafında lazımi proporsionallığa nail olmaq üçün onun әsas sahәlәri, struktur bölmәlәri arasında yaranan uyğunluğun (proporsiyaların) monitorinqi mühüm әhәmiyyәt kәsb edir. X.t.-nın әsas proporsiyalarına istehsal vasitәlәrinin istehsalı ilә istehlak predmetlәrinin istehsalı, sәnaye ilә k.t., ümumilikdә maddi istehsal ilә qeyri-istehsal sferası arasındakı uyğunluq aiddir. X.t.-nın sosial simasının dәyişmәsi bir çox halda maddi istehsalın sosialiqtisadi sektorlarının (xüsusilә dövlәt vә özәl tәsәrrüfat), iri, orta vә xırda istehsalın, tәsәrrüfatın kooperativ formasında paylarının uyğunluğu ilә xarakterizә olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 