Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XALQ TƏŞƏBBÜSÜ 
    XALQ TƏŞƏBBÜSÜ – bir başa demokratiya institutu, müәyyәn sayda seçicilәrә müvafiq nümayәndәli orqanda (parlament, federasiya subyektinin qanunverici mәclisi, bәlәdiyyә şurası vә s.) baxılmaq üçün qanun layihәsi (xalqın qanunvericilik tәşәbbüsü) vә normativ hüquqi akt layihәsi (xalqın hüquqyaratma tәşәbbüsü) irәli sürmә hüququnun verilmәsi. Dövlәt miqyasında vә onun müxtәlif hissәlәri (federasiya subyektlәri, әrazi muxtariyyәtlәri, bәlәdiyyә tәsisatları) sәviyyәsindә tәtbiq edilir. X.t.-nün hәr iki növü dövlәtin, federasiya subyektlәrinin, siyasi muxtariyyәtlәrin konstitusiya, yaxud qanunlarında, hüquqyaratma tәşәbbüsü isә bәlәdiyyә tәsisatlarının nizamnamәlәrindә, yuxarı inzibati-әrazi vahidlәrinin (әgәr onlarda yerli özünüidarә varsa) aktlarında nәzәrdә tutulur.
    Xalqın qanunvericilik tәşәbbüsü federasiya subyekti, siyasi muxtariyyәt sәviyyәsindә seçicilәrin tәşәbbüs qrupu (yaxud onların tapşırığı ilә mütәxәssislәr) tәrәfindәn qanun (regional vә yerli sәviyyәdә digәr hüquqi akt) layihәsinin hazırlanması vә müәyyәn olunmuş müddәt әrzindә layihәnin xeyrinә seçici imzalarının toplanması yolu ilә hәyata keçirilir. Xalqın qanun vericilik tәşәbbüsü ümumdövlәt sәviyyәsindә Avstriya, İtaliya, İsveçrә, Filippin vә s., regional vә yerli sәviyyәlәrdә İtaliya, ABŞ, İsveçrә, Macarıstan vә s. ölkәlәrdә nәzәrdә tutulmuşdur. İsveçrәdә xüsusilә tez-tez istifadә edilir.
    Qanun layihәsini ümumdövlәt sәviyyәsindә irәli sürmәk üçün, mәs., Gürcüstanda 30 min, Macarıstanda 50 min, Polşa vә İsveçrәdә 100 min, İspaniyada 500 min, Braziliyada ölkәdәki seçicilәrin 1%-i (tәqr. 1.3 mln. nәfәr), Kolumbiyada isә 5%-i miqdarında (adәtәn bu miqdar referendum tәşәbbüsü üçün zәruri olan imza sayına uyğun gәlir) imza toplamaq zәruridir. Bәzәn imza atan seçicilәrin ölkә üzrә müxtәlif rayonları müәyyәn nisbәtdә tәmsil etmәsi tәlәb olunur. Mәs., Braziliyada onlar 26 ştatdan әn azı beşini, Rumıniyada ölkә judetlәrinin (inzibati-әrazi vahidi) әn azı 1/4-ini tәmsil etmәlidirlәr.
    Xalqın hüquqyaratma tәşәbbüsü hallarında regional vә yerli hüquqi aktlar üçün dә eyni qayda ilә imza toplanmalıdır (imza toplanması üçün ayrılmış vaxt, adәtәn, 6 aydan çox olmur). Layihә müvafiq qaydada rәsmilәşdirilmәlidir (maddәlәr, paraqraflar vә s.), çox vaxt onda әsaslandırma hissәsi vә izahedici qeyd vәrәqәsi tәlәb edilir.
    X.t. tәnzimlәmә predmetinә münasibәtdә mütlәq, yәni mәhdudiyyәtsiz (Kolumbiya, İsveçrә, ABŞ-ın bәzi ştatları), yaxud nisbi (İspaniya, Rumıniya) ola bilәr. Belә ki, bәzi ölkәlәrdә xalqın qanunverici tәşәbbüsü qaydasında konstitusiya islahatları haqqında vә beynәlxalq mәsәlәlәr üzrә ümumdövlәt sәviyyәli qanun layihәlәri tәklif edilә bilmәz. Adәtәn, referenduma çıxarılan mәsәlәlәr (dövlәt vә yerli büdcә, vergilәr, amnistiya, vәzifә tәyinatları vә s.) üz rә X.t.-nә yol verilmir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 