XALQ UNİVERSİTETLƏRİ – kütlәvi maariflәndirmә müәssisәlәri. Əsasәn, yaşlıların tәhsil sisteminә aid edilәn X.u. tәhsil sәviyyәsindәn vә yaşından asılı olmayaraq, mәdәni vә peşәkarlıq sәviyyәsinin artırılması mәqsәdi daşıyırdı. İlk X.u. – Ali xalq mәktәbi 1844 ildә N. Qrundtviq tәrәfindәn Röddinqdә (Danimarka) yaradılmışdır. 1870–90 illәrdә bu tip tәhsil müәssisәlәri digәr Skandinaviya ölkәlәrindә, Almaniya vә Böyük Finlandiya knyazlığında meydana gәlmişdi. Tәhsil kütlәvi mühazirәlәr şәklindә aparılırdı; mәzunlara formal hüquqlar verilmir, proqramlar rәsmәn tәsdiq olunmurdu. X.u.-nin digәr növü B. Britaniyada yayılmışdı. 1870 ildә Kembric un-ti nәzdindә Açıq un-t (University Extension) yaradılmışdı. Orada un-tin prof.-ları dәrs deyir, mühazirәlәr oxuyurdular. 1890 ildә ABŞ-da un-t tәhsilini yaymaq mәqsәdilә Amerika cәmiyyәtinin tәşәbbüsü ilә Çikaqo, Baltimor vә s. şәhәrlәrdә X.u. açıldı. 1890-cı illәrin sonunda X.u. Avstriya-Macarıstan vә Fransada yaradıldı.










