XALQÇILIQ – 19 әsrin 2-ci yarısında Rusiyada raznoçin ziyalıların sosial bәrabәrlik vә xalq hakimiyyәti ideallarını әks etdirәn ictimai-siyasi hәrәkatı vә ideologiyası. İlk dәfә 1840-cı illәrin sonu – 1850-ci illәrin әvvәllәrindә A.İ.Gertsen vә N.Q.Çernışevskinin irәli sürdüyü ideyalar sonralar xalqçılar tәrәfindәn inkişaf etdirilmişdi. İlk tәşkilatları 1860-cı illәrdә meydana gәlmişdi. 1870-ci illәrdә X.-da inqilabi cәrәyan üç istiqamәtә ayrılmaqla tam şәkildә formalaşdı: “tәbliğatçı” xalqçılar, “üsyankar” xalqçılar vә “sui-qәsdçi” xalqçılar. X.-ın әn böyük tәşkilatı “Narodnaya volya” idi. Onun polis tәrәfindәn dağıdılmasından sonra inqilabi X. tәsir gücünü itirdi. Bir tәrәfdәn kәndlilәrin X. ideyalarına biganәliyi, digәr tәrәfdәn hökumәtin repressiyaları hәrәkatın tam tәnәzzülünә sәbәb oldu.










