Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XALLI MARAL
    XALLI MARAL (Cervus nippon) – maralkimilәr fәsilәsinin әsl marallar cinsindәn olan mәmәli heyvan. Bәdәninin uz. 90–120 sm, süysününün hünd. 50–95 sm, kütlәsi 30–70 kq-dır. Dişilәr erkәklәrdәn daha kiçikdir. Yayda ağ xallı, kürәn rәngdә olur; bu, maralların cinsi yetişkәnliyә çatdıqdan sonra xallı rәngini saxladığı yeganә növüdür. Yaponiya vә Tayvanda yaşayan maralların xalları zәif bilinir. Qış rәngi qonurumtul-bozdur, xalları daha zәif seçilir, erkәklәrin boynunun yuxarı tәrәfindә yal var. Buynuz yalnız erkәklәrdә olur, uz. 28– 40 sm-dәn 80 sm-dәkdir, 3–4 çıxıntılıdır, liraşәkilli әyilmişdir. Dişilәrin alnında yaxşı seçilәn tünd urlar olur. Tәbii arealı Şimali Çin, Koreya, Primorye, Şimal-Şәrqi Hind-Çin, Yaponiya, Tayvan vә Rükü a.-rını әhatә edir. Avropada, Şimali Amerikada, Avstraliyada, Yeni Zelandiyada iqlimlәşdirilmişdir. Mülayim vә subtropik meşәlәrdә sıx kolluqların olduğu yerlәrә üstünlük verir vә 10–20 sm-dәn daha çox dәrin qar örtüyü olan әrazilәrdәn kәnar yaşayır. Adәtәn talalarda vә ya meşәnin işıqlı yerlәrindә yemlәnir. X.m. gündüz fәal olur, ala toranlıqda otlamağı üstün tutur; narahat edildiyi yerlәrdә gecә aktiv olur. Yayda yarpaqlar, otlar, ağacların cavan zoğları, qışda isә ağac vә kolların budaqları vә qabığı ilә qidalanır. Tәk-tәk vә ya tәkcinsli kiçik sürülәrlә yaşayır; daha iri sürülәri payızda vә qışda әmәlә gәtirir. Yavaş fitdәn gur bağırtıya qәdәr olan diapazonda 10-a yaxın yaxşı fәrqlәnәn sәs siqnalları çıxarır. Cütlәşmә dövründә erkәklәr öz hәrәmxanasını qoruyur. Onun uğrunda döyüşmә uzun vә amansız olur, bәzәn ölümlә nәticәlәnir. Ərazini dayaz çalaları sidiklәmәklә nişanlayır. Nişan kәskin iyli olur. Boğazlıq tәqr. 7,5 aydır, adәtәn 1 maral balası doğulur. Dişilәr 2, erkәklәr isә 3 ilә hәddi-buluğa çatır. Populyasiyaların vәziyyәti arealın müxtәlif hissәlәrindә fәrqlidir. Meşәnin tamamilә qırıldığı yerlәrdә X.m.-ın nәsli kәsilir. Yaponiyada populyasiya hәddәn artıq sıxdır vә sayının mәhdudlaşdırılmasına ehtiyac var. Çindә yaşayan 5 yarımnövdәn biri tamamilә vә ikisi isә ehtimal ki, itmişdir; qalan iki yarımnövün tәcrid edilmiş popul yasiyalarda sayı 300–400 başdır. Vyetnam yarımnövünün vәziyyәti çox ağır qiymәtlәndirilir, reintroduksiya tәdbiri nәzәrdә tutulur. Bir çox ölkәlәrdә X.m. ov vә idman ovçuluğunun qiymәtli obyektidir. Pant әldә etmәk üçün Rusiyanın (Primorye vә Altayda) xәzlik heyvan tәsәrrüfatlarında yetişdirilir. İqlimlәşdirilmiş yerlәrdә yerli ekosistemlәrә, xüsusilә a.-lara böyük ziyan vura bilir. TTEMBİ-nin Qırmızı siyahısına görә, bu növ sayının artmasına meyillidir vә onun vәziyyәti ümumilikdә hәyәcan doğurmur.
    1952 ildә Azәrb.-a 13 baş X.m. köçürülmüşdür. Əvvәlcә gәtirilmiş marallar Altıağacda saxlanılmış, sonralar azadlığa buraxılmış vә sayları artmışdır. 1974 ildә Altıağac meşәlәrindәki maralların bir hissәsi Lәnkәran ovalığına (Hirkan qoruğu) köçürüldü. Hazırda orada 50-yә yaxın fәrd vardır.
    Xallı maral (Cervus nippon).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 