XALTANLI Tağı Hacı Mәhәmmәd oğlu (tәqr. 1796 – 1800, Quba r-nunun Xaltan k.– tәqr. 1899 – 1906) – Azәrb. aşığı, Şirvan aşıq mәktәbinin nümayәndәsi. Hәyatı haqqında mәlumat azdır. Aşıq sәnәtinin ustad nümayәndәlәrindәn biri kimi tanınmışdır. Yaradıcılığında fәlsәfi-didaktik şeirlәr geniş yer tutur. “Əsli vә Kәrәm”, “Seyfәl-mülük”, “Aşıq Qәrib” vә digәr dastanların mahir ifaçısı olmuşdur. Aşıq şeirinin 20-dәn çox şәklindә poetik nümunәlәr yara-t -dığı, bir sıra saz havasını tәkmillәşdirdiyi söylәnilir. “Tağı vә Güllü” adlı avtobioqra fik dastanı var.
Əd.: Ə f ә n d i y e v P. Azәrbaycan şifahi xalq әdәbiyyatı. B., 1981; К ё р о г л ы Х.Т., Н а б и е в А.М. Азербайджанский героический эпос. Б., 1996.










