XAMNA, x a m i p әk – baramaaçma prosesindә alınan texniki sap; baramadan açılan bir neçә (5–10) tәbii ipәk lif uzunluğu boyunca düzülәrәk serisinlә yapışdırılır. X.-nın mexaniki xassәlәri barama saplarından yüksәk olur. Bax hәmçinin İpәk, İpәkburma.










