XAMNİQANLAR, a t l ı t u n q u s l a r – Mәrkәzi Asiyada monqoldilli evenklәrin qrupları. Monqolustanın ş.-indә (0,6 min nәfәrdәn çox; 2010) vә Çinin şm.-ş.-indә (Daxili Monqolustan muxtar r-nunun Hulun Buyr dairәsinin şm.-q.-indә) yaşayırlar. Xamniqan dilindә, bir qismi evenk dilinin dialektindә danışırlar. Evenklәrin çoxundan fәrqli olaraq, әsasәn, atçılıqla mәşğuldurlar. X.-ın bir hissәsi buryatların tәrkibindә Bay kalarxasında (Zabaykalye diyarında onon X.-ı, Buryatiyanın Cidin r-nunda armak X.-ı) yaşayır, buryat dilindә danışırlar.










