XAM-SIRÁ, X a m s a r a (yuxarı axınında – Ç o y q a n - X e m) – RF-dә, Tıva Resp.-nda çay. Böyük Yenisey (Biy-Xem) çayının sağ qolu. Uz. 323 km, hövzәsinin sah. 19,4 min km2. Şәrqi Sayan d-rından başlanır, yuxarı axınında 2 göldәn keçir, aşağı axını Tocin çuxurundadır. Qarışıq mәnbәdәn, әsasәn yağış suları ilә qidalanır. Ortaillik su sәrfi mәnsәbindәn 178 km yuxarıda 87 m3/san-dir. X.-S. hövzәsindә ümumi sah. 255 km2 olan 2,5 mindәn çox göl var.

Xam-Sıra çayı.










