XAN – türk vә monqol xalqlarında hökmdar titulu. Mәnşәyi haqqında Qәdim Çin (“kuan” – hökmdar), Qәdim Koreya (“qan”– nәsil başçısı), türk (“kan” – qan) vә s. versiyalar var. 8 әsrә aid türk runa yazılarında “kaqan, xaqan” titulu ilә yanaşı, onun ixtisar edilmiş variantı olan X.-a (sonralar bu titullar fәrqlәnirdi) tәsadüf edilir. Göytürk vә uyğur hökmdarlarının rәsmi titulu olan kağan әvvәllәr avarlar tәrәfindәn dә istifadә edilmiş vә Avropa dillәrinә keçmişdir (kaganus). Xәzәrlәrin tәsiri ilә ilk rus hökmdarları da kağan titulunu mәnimsәmişlәr. 11–14 әsrlәrdә türk vә monqol dövlәtlәrindә X. hәm müstәqil hökmdar titulu kimi ayrıca, hәm dә mürәkkәb titulların (ilek-xan, qara-xan, qurxan, elxan) tәrkib hissәsi kimi işlәdilirdi. Monqol imperiyasının parçalanmasından sonra Dәşt-i Qıpçaqda, Volqaboyunda, Orta Asiyada, Krım y-a-nda, Azәrb.-da (xanlıqlar dövründә) yaranmış dövlәtlәrin vә ulusların hökmdarları X. adlanırdı. Osmanlı imperiyasında X. sultanın titullarından biri, Sәfәvilәr dövründә iri әyalәt canişininin vәzifә adı, hәmçinin fәxri ad kimi istifadә olunurdu.
H. arvadlarına müraciәt forması kimi işlәdilәn “xanım” titulu Şәrqdә tәdricәn qadınlara müraciәtdә hörmәt әlamәtinә çevrildi, yaxud adlarına әlavә edildi.










