Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XAN – e.ә. 202 ildәn eramızın 220 ilinәdәk (fasilәlәrlә) Çindә mövcud olmuş imperiya. 
    XAN – e.ә. 202 ildәn eramızın 220 ilinәdәk (fasilәlәrlә) Çindә mövcud olmuş imperiya. Banisi Sin imperiyasının hakimiyyәtinә qarşı baş vermiş üsyan zamanı yüksәlmiş, cәnubi Çu çarlığından olan Lyu Ban (Qaoszu) idi. E.ә. 206 ildә Sinin paytaxtı Syanyanı tutduqdan sonra Lyu Ban üsyançıların başçısı Syan Yuydan mülk qismindә Xançjun vil.-ni (indiki Şensi әyalәtinin c.-q. hissәsi) vә xan-van titulunu (sonralalar bu titul imperiyanın adında әksini tapmışdı) aldı. Azsonra Syan Yuyla mübarizәyә başlayaraq e.ә. 202 ildә qәlәbә qazandı. Lyu Ban özünü imperator elan etdi vә Çanyanda yeni paytaxtın әsasını qoydu.
    Yeni imperiya bir çox mәsәlәdә Lyu Ban tәrәfindәn mәhv edilmiş Sin imperiyasının tәcrübәsinә әsaslanırdı; e.ә. 200 ildә qüvvәyә minmiş Doqquz maddә qanunları, demәk olar ki, Sin qanunlarını hәrfәn tәkrarlayırdı. Lakin ilk vaxtlar X. imperatorları Sin imperiyasına bәnzәr mәrkәzlәşdirilmiş hakimiyyәt qura bilmәdilәr; imperiyanın münbit torpaqlarının böyük hissәsi Lyu Banın tәrәfdaşlarına mülk qismindә bağışlandı; artıq e.ә. 195 ildә bu torpaqlar Lyu nәslinin nümayәndәlәrinә keçdi. Mülk sistemi müharibәlәr nәticәsindә dağılmış inzibati infrastrukturların zәif inkişafı, Döyüşәn çarlıqlar dövrünün keçmiş mülklәrin dә mәrkәzdәnqaçma meyillәri ilә bağlı bir sıra mәsәlәlәrin aradan qaldırılmasına imkan verirdi. Lyu Banın xarici siyasәti dә uğurlu deyildi. Sin imperiyası tәrәfindәn işğal olunmuş Cәnubi Çin Nan Yuye dövlәtinin hakimiyyәtinә keçdi. E.ә. 200 ildә X. ordusu hunnular tәrәfindәn darmadağın edildikdәn sonra, onlar “sülh vә qohumluq” haqqında müqavilә bağlamaq mәcburiyyәtindә qaldı, X. imperiyası hunnulara hәr il taxıl vә ipәklә vergi ödәmәyi öhdәsinә götürdü. Lyu Banın xәlәflәri sülhpәrvәr xarici siyasәt yürütmәyә, iqtisadiyyatın vә mәrkәzi hakimiyyәtin möhkәmlәndirilmәsi istiqamәtindә bütün sәylәri cәmlәşdirmәyә çalışırdılar. E.ә. 154 ildә Yeddi van üsyanının yatırılması mülk sahiblәrinin hüquqlarını mәhdudlaşdırmağa imkan verdi.
    H. imperiyasının әn qüdrәtli dövrü imperiyanın әrazisini xeyli genişlәndirәn, hәmçinin dövlәt dini vә ideologiyası, iqtisadiyyat vә vergi sahәlәrindә bir sıra mühüm islahatlar keçirәn Lyu Çenin (U-di) hakimiyyәti illәrinә tәsadüf edir. U-dinin ölümündәn sonra imperiya zahirәn qüdrәtini saxlasa da, sülalә münaqişәlәri sәbәbindәn tәdricәn zәiflәdi. Bu isә real hakimiyyәti ana xәttindәn olan qohumlara, yaxud saray xadimlәrinә güzәştә getmәyә mәcbur olan azyaşlı imperatorların taxta çıxmasına gәtirib çıxardı. Nәticәdә imperatorun regenti olan Van Man eramızın 9 ilindә özünü yeni Sin imperiyasının imperatoru elan etdi. Onun radikal vә düşünülmәmiş islahatları, hәmçinin tәbii fәlakәtlәr daxili siyasi vәziyyәtin kәskinlәşmәsinә gәtirib çıxardı. Hәr yerdә әksәriyyәtinә Lyu nәslinin üzvlәrinin başçılıq etdiyi üsyanlar baş verdi. 23 ildә üsyançılar Çanyanı tutdular, Van Man hәlak oldu. 25 ildә üsyançıların başçılarından biri olan Lyu Syu (Quan U-di) taxta çıxdı. O, paytaxtı Loyan ş.-nә köçürdüyünә görә X. dövrünün ikinci yarısı Şәrqi X. adlanır (birinci Qәrbi X.-dan fәrqli olaraq).
    Şәrqi X.-ın Böyük İpәk yolu boyu ipәk ticarәtinә, hәmçinin çoxsaylı әhalinin o qәdәr dә ağır olmayan, lakin effektiv vergi istismarına әsaslanan zәnginliyinә baxmayaraq, mәmurların rüşvәtxorluğu vәziddiyyәtlәrin kәskinlәşmәsi “Sarısarıqlılarüsyanına, ardınca digәr çoxsaylı çıxışlara gәtirib çıxardı. Bu üsyanların yatırılması X. dövrünün sonunadәk mümkün olmadı. Yerlәrdә hakimiyyәt real hakimiyyәti itirmiş vә generalların oyuncağına çevrilmiş imperatora nominal tabe olan sәrkәrdәlәrin әlinә keçdi. İmperator Lyu Senin (Syan-di) taxtdan imtina etmәsindәn sonra Üç çarlıq dövrü başladı.
    H. ilk dәfә bütün Çini uzun müddәt әrzindә öz hakimiyyәti altında birlәşdirdi, vahid dövlәt ideyası norma kimi Çin dünyagörüşünün hissәsinә çevrildi. Ölkәnin çoxәsrlik bütövlüyü bir çox hallarda hakim tәbәqәlәrin mәdәniyyәtinin unifikasiyasına, özünü bu vә ya başqa vilayәt, yaxud mülklә deyil, bütöv imperiya ilә eynilәşdirәn intellektual elitanın formalaşmasına şәrait yaratdı. X. dövrü vahid ölkә mәddahlarının әsrlәrlә müraciәt etdiklәri özünәmәxsus qızıl әsr kimi Çin әnәnәsinә daxil oldu.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 