XAN BABƏK – Azәrb.-da orta әsr yaşayış mәntәqәsi. Ehtimal ki, Babәkin düşәrgә-mәskәnlәrindәn (x a n) biri olmuşdur. Ərәb alimi, coğrafiyaşünas Qüdamә ibn Cәfәrin “Kitab әl-xәrac vә sәnәt әl-kitabә” (“Xәrac vә katiblik sәnәti haqqında kitab”) әsәrindә adı çәkilir. Ərdәbildәn 8 fәrsәx (tәqr. 50–60 km), Bәrzәnddәn 6 fәrsәx (tәqr. 40–50 km) mәsafәdә yerlәşirdi. İbn Xordadbehin “Kitab әlmәsalik vә-l-mәmalik” (“Yollar vә mәmlәkәtlәr kitabı”) әsәrindә hәmin әrazidә yerlәşәn yaşayış mәntәqәsinin adı Xuşş kimi çәkilir. Lokalizә edilmәmişdir.










