XAN DƏMİRƏRİTMƏ KOMPLEKSLƏRİ – Şimali vә Şәrqi Çindә Xan sülalәsinә (e.ә. 202 il – eramızın 220 ili) mәxsus tәqr. 30 metallurgiya kompleksi. Xenan әyalәtindә böyük komplekslәr qismәn tәdqiq edilmişdir: Quinçjen, Vafançjuan (hәrәsinin sah. tәqr. 12 ha), Teşenqou (2 ha-dan çox) vә s. Əsasәn, mәdәnlәrin yaxınlığında yerlәşirdi. Qudetsun kompleksinә dәmirәritmә vә dulus sobaları daxil idi. Çjan bantsunda saxlanılan zәnginlәşdirilmiş dәmir filizi ehtiyatları, sobalar, dәmirçi zindanları, yarımfabrikatlar, hazır mәhsullar; Teşenqouda isә filizçıxarma mәdәni, zәnginlәşdirmә sexi, hazır k.t. alәtlәri tapılmışdır. Epiqrafik mәlumatlara әsaslanaraq
qәdim istehsal: filizin çıxarılması vә emalı, ağac kömürünün vә әhәngdaşı aşqarlarının hazırlanması, müxtәlif quruluşlu sobalarda әritmә, keramika vә metal qәliblәrinә tökmә, mәhsulun emalı, dövlәt nәzarәti haqqında biliklәr dәqiqlәşdirilir.










