XANAĞA (2000 ilәdәk Çapayevka) – Azәrb. Resp. Ordubad r-nunda (Nax. MR) kәnd. Xanağa ә.d.-nin (Xanağa, Ağrı, Dizә k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 14 km şm.-q.-dә, Araz çayının sol sahilindә, Ordubad–Vәnәnd avtomobil yolunun kәnarındadır. Əh. 838 (2020); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, kitabxana, klub, feldşer-mama mәntәqәsi var.










