XANAĞA NEKROPOLU – Azәrb. Resp. Culfa r-nunun (Nax. MR) Xanәgah k.-nin q-indә, Əlincәçayın sağ sahilindә orta әsrlәrә (14–17 әsrlәr) aid arxeoloji abidә. 1991 ildә kәşfiyyat xarakterli tәdqiqatlar nәticәsindә aşkar edilmiş qәbirlәrin çoxunun başdaşıları düşmüşdür. Sinә daşları düz-bucaqlı prizma şәklindәdir. Bәzi qәbirlәr düzbucaqlı әsas üzәrindәdir; bir qisminin baş tәrәfi tacvarı formada tamamlanmışdır. Vaxtilә buradakı qәbirlәrin üstündә daşdan qoç heykәllәri olmuşdur.










